Rusiya Hərbi Hava Qüvvələri

Rusiya Hərbi Hava Qüvvələri (rusca: Военно-воздушные cилы России) Rusiya Federasiyasının hava məkanını mühafizə edən, Rusiya Aerokosmik Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Müasir Rusiya HHQ 7 may 1992-ci ildə Boris Yeltsinin Müdafiə Nazirliyinin əsasını qoymasından sonra yaradılmışdır.

Rusiya Hərbi Hava Qüvvələri
Военно-воздушные cилы России
Voyenno-vozdushnye sily Rossii
Loqonun şəkli
NövüHərbi Hava Qüvvələri
Yaranma tarixi12 avqust 1992 - günümüzə
ÖlkəRusiya Rusiya
TabedirRusiya Silahlı Qüvvələri
DaxildirHava Hücumundan Müdafiə Qoşunları
VəzifəsiRusiyanın ərazi bütövlüyünü havadan müdafiə
Sayı148,000 nəfər şəxsi heyət (2017)[1]
QərargahMoskva, Rusiya Federasiyası
Marşı"Aviamarş" (rusca: Авиамарш)[2][3]
MüharibələrBirinci çeçen müharibəsi
İkinci çeçen müharibəsi
Rusiya-Gürcüstan müharibəsi
Suriya müharibəsi[4]
Döyüşlər
Fərqlənmə nişanları
Komandanlıq
KomandirGeneral-leytenant Andrey Yudin
structure.mil.ru/structu…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəhbərlik

Rusiya Hərbi Hava Qüvvələri komandanıXidmət illəri
General Pyotr Denyekin(1991 – 1998)
General Anatoli Kornukov(1998 – 2002)
General Vladimir Mixaylov(2002 – 2007)
General-polkovnik Aleksandr Zelin(2007 – 2012)
General-polkovnik Viktor Bondarev(2012 – 2015)
General-leytenant Andrey Yudin(2015 – hazırda)

1 avqust 2015-ci il tarixində Rusiya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Müdafiə Qüvvələri birləşdikdən sonra yeni yaradılan Rusiya Aerokosmik Qüvvələrinin komandanı ən yüksək rütbə hesab olunur.[5]

Rusiya Aviakosmik Qüvvələrinin komandanıXidmət illəri
General-polkovnik Viktor Bondarev(1 avqust 2015 – hazırda)

Strukturu

Rusiya Hərbi Hava Qüvvələrinin struktur sxemi 2009-cu ildə.
  • Aerokosmik Müdafiə Strateji Əməliyyatlar Komandanlığı (Moskva)
    • 4-cü Aerokosmik Müdafiə briqadası (Moskva vilayəti)
    • 5-ci Aerokosmik Müdafiə briqadası (Petrovski, Moskva vilayəti)
    • 6-cı Aerokosmik Müdafiə briqadası (Rjev, Tver vilayəti)
    • 6963-cü aviasiya bazası (MiQ-29SMT/UBT)
    • 6968-ci aviasiya bazası (Su-27, MiQ-31B, MiQ-31BM)
  • 6-cı Hava və HHM Ordusu (Voronej, Qərb Hərbi Dairəsi)
  • 2-ci Hava və HHMQ Komandanlığı (Yekaterinburq) (Mərkəz Hərbi Dairəsi)
    • 8-ci Aerokosmik Müdafiə briqadası (Yekaterinburq)
    • 9-cu Aerokosmik Müdafiə briqadası (Novosibirsk)
    • 10-cu Aerokosmik Müdafiə briqadası (Çita)
    • 6977-ci aviasiya bazası (MiQ-31BM)
    • 6979-cu aviasiya bazası (MiQ-31BM)
    • 6980-ci aviasiya bazası (Su-24M)
    • 6982-ci aviasiya bazası (MiQ-29, Su-30SM)
  • 3-cü Hava və HHMQ Komandanlığı (Xabarovsk) (Şərq Hərbi Dairəsi)
    • 11-ci Aerokosmik Müdafiə briqadası (Komsomolsk-na-Amur)
    • 12-ci Aerokosmik Müdafiə briqadası (Vladivostok)
    • 6983-cü aviasiya bazası (Su-27SM, Su-30M2, Su-35S, Su-34)
    • 6988-ci aviasiya bazası (Su-24M, Su-24M2, Su-24MR)
    • 6989-cu aviasiya bazası (Su-27SM)
    • 265-ci nəqliyyat aviasiyası bazası (Xabarovsk)
  • 4-cü Hava və HHMQ Komandanlığı (Cənub Hərbi Dairəsi)
    • 7-ci Aerokosmik Müdafiə briqadası (Rostov-na-Don)
    • 8-ci Aerokosmik Müdafiə briqadası (Yekaterinburq)
    • 6970-ci aviasiya bazası (Su-24M, Su-34)
    • 6971-ci aviasiya bazası (Su-25SM, Mi-8AMTSh, Mi-24V, Mi-28N)
    • 6972-ci aviasiya bazası (Su-27, Mi-8, Mi-24P, Mi-28N, Ka-27)
    • 6974-cü aviasiya bazası (Mi-8MTV-5, Mi-24V, Mi-35M, Mi-28N)
    • 999-cu aviasiya bazası (Su-25, Su-27, Mi-8T)
    • 229-cu aviasiya bazası (Mi-26, Mi-8)
  • Hərbi Nəqliyyat Aviasiyası Komandanlığı (Moskva)
    • 6955-ci aviasiya bazası (İl-76MD)
    • 6956-cı aviasiya bazası (İl-76MD)
    • 6958-ci aviasiya bazası (İl-76MD)
    • 6985-ci aviasiya bazası (İl-76MF)
  • Uzun mənzilli aviasiya Komandanlığı (Moskva)
    • 6950-ci aviasiya bazası (Tu-22 M3, Tu-95 MS6, Tu-160)
    • 6952-ci aviasiya bazası (Tu-95 MS16)
    • 6953-cü aviasiya bazası (Tu-22 M3)

Tarixi

Suriya vətəndaş müharibəsi

Rusiya Hərbi Hava Qüvvələri Suriyada son illərdə aparılan kampaniya ərzində çox saydı dəyərli dərslər öyrəndi. Bu kampaniya Rusiya AQ-nin müxtəlif hava bölmələri tərəfindən həyata keçirilmiş müasir hava əməliyyatlarının ilk təcrübəsi idi. Rusiyanın həmin hava kampaniyaları həm də geniş tərkibdə həssas idarəolunan mərmilərin iştirakı ilə yadda qalıb. Peyklə idarəolunan KAB-500 bombalarının Suriyada istifadəsinə baxmayaraq, həm də sərbəst düşən dəmir bombalara da yer verilib. Kiçik sayda hava-yer raket sistemləri, Kh-29, Kh-25M-lər istifadə olunub.[6]

Təchizatı

Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının verdiyi məlumata əsasən, Rusiyanın hazırda 2100-dən çox xidmətdə olan PUA-sı var. Hazırkı müdafiə planına əsasən isə 2019-cu ildən etibarən Rusiya ordusu hər il 300 ədəd qısamənzilli PUA satın alacaq. Rusiya hərbi dronlarının bir çoxu ucuz, qısamənzilli, yüngül və silahsız dronlardır. Onlar arasında əsas yeri (təxminən yarıya qədərini) yerli istehsal edilmiş 120 km mənzilli "Orlan-10" tutur. Rusiyanın ən uzaqmənzilli PUA-sı isə 250 km mənzilə malik "Forpost"dur.[7]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər