Qabriela Qunçikova

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Qabriela Qunçikova
çex. Gabriela Gunčíková
Qabriela Qunçikova 2016-cı ildə
Qabriela Qunçikova 2016-cı ildə
Ümumi məlumatlar
Doğum adıQabriela Qunçikova
çex. Gabriela Gunčíková
LəqəbiGabriela Gun
Doğum tarixi (30 yaş)
Doğum yeriKromerjij, Çexiya
Vətəndaşlığı Çexiya
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni
Fəaliyyət illəri2011–h.h.
Janr
Musiqi alətivokal
Albom şirkətiUniversal Music Group
gabrielagun.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qabriela Qunçikova (çex. Gabriela Gunčíková; d. 27 iyun 1993, Kromerjij, Çexiya) — Çexiya müğənnisi. O, çex-slovak telekanalında yayımlanan SuperStar musiqi yarışmasında ikinci yer qazanmış və 2011-ci ildə "Yeni sənətkar" kateqoriyasında Český slavík mükafatına layiq görülmüşdür. Qunçikova "I Stand" mahnısı ilə Çexiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası

mənbəni redaktə et

2011–2015: SuperStar 2011Let's Dance yarışmaları

mənbəni redaktə et

2011-ci ildə Qabriela Qunçikova çex-slovak telekanalında yayımlanan SuperStar musiqi yarışmasında iştirak etmişdir. Nəticədə yarışmada ikinci yeri qazanan ifaçı Universal Music Group albom şirkəti ilə anlaşma imzalamışdır. Eyni zamanda həmin ildə Qunçikovanın Dvojí tvář adlı debüt albomu işıq üzü görmüşdür. 2011-ci ilin sentyabr ayında o, Slovakiyanın Ulduzlarla rəqs yarışmasında iştirak etmişdir. Qunçikovanı yarışmada peşəkar rəqqas Peter Modrovski müşayiət etmişdir. Cütlük nəticə olaraq yarışmada yeddinci yerdə qərarlaşmışdır. 2011-ci ildə Qunçikova "Yeni sənətkar" kateqoriyasında Český slavík mükafatına layiq görülmüşdür.

2013-cü ildə Qunçikova Amerikalı vokal müəllimi Ken Tamplin ilə işləməyə başlamışdır. Onun ikinci studiya albomu olan Celkem jiná da məhz bu il təqdim olunmuşdur. 2014-cü ildə o, Tamplinin dərslərini bitirdikdən sonra Amerikanın Trans-Siberian Orchestra proqressiv rok qrupuna vokalist olaraq qoşulmuşdur. Lakin növbəti ildə Qunçikova qrupdan ayrılmışdır.

2016–hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi

mənbəni redaktə et

2016-cı ilin mart ayında Çex telekanalı ČT Qabriela Qunçikovanın "I Stand" mahnısı ilə Çexiyanı İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini bildirmişdir.[1]. Qunçikova "I Stand" mahnısı ilə müsabiqənin 10 may tarixində baş tutan birinci yarımfinal mərhələsində 10-cu səhnə almışdır. Nəticədə isə 161 xalla 9-cu yerdə qərarlaşaraq, Çexiyanı Avroviziya tarixində ilk dəfə final mərhələsinə yüksəldə bilmişdir. Finalda bir daha öz mahnısını ifa edən Qunçikova 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 41 xal toplayaraq, 25-ci yerdə qərarlaşmışdır.

  • Dvojí tvář (2011)
  • Celkem jiná (2013)
Əvvəlki:
Marta Yandova və Vatslav Noid Barta
"Hope Never Dies"
Çexiya Avroviziya Mahnı Müsabiqəsində

2016
Sonrakı:
Martina Barta
"My Turn"

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu