Şihabəddin Ömər Sührəvərdi Şeyx Əbülqahir Sührəvərdinin qardaşı oğludur. 1144-cü ildə Güney AzərbaycanınZəncan şəhəri yaxınlığındakı Sührəvərddə doğulmuş, 1234-cü ildə sentyabr (məhərrəm) ayında vəfat etmişdir. Əmisi böyük alim Əbunnəcib Əbülqahir Sührəverdi onu təhsil alması üçün Bağdada aparmışdı. Burada bir çox dini elmləri öyrənən Şihabəddin Sührəverdi təsəvvüf elmlərini də əmisindən öyrənmişdir. Şihabəddin Sührəverdi fəqih, fazil, sufi, vəra sahibi, zahid, arif, həqiqət elmində zamanın şeyxi idi.
Çox ibadət edərmiş. Əlinə keçən malı, mülkü kasıb və möhtaclara paylayardı. Mənbələr onun Bağdaddakı bütün təkyələrin irşadda ən yetkin mürşidi sayıldığını qeyd edirlər. Şihabəddin Sührəverdiyə şeyxül-şüyux , şeyxül-islam, şeyxül-iraq epitetlərinin verildiyini nəzərə alsaq, onun və yaratdığı təriqətin o dövrdəki təsiri aydınlaşar.
Onun sözlərinin təsiri ilə günahkarlar dərhal tövbə edirdi. Şəhabəddin Sührəverdi bir çox tələbə və mürşid yetişdirmişdi. Sultanlar yanında da böyük bir etibarı olan Sührəverdinin nail olduğu mövqe heç kəsə qismət olmamışdı. Abbasi xəlifəsi tərəfindən qonşu islam ölkələri ilə əlaqələri möhkəmləndirmək məqsədilə ona səfir vəzifəsi də verilmişdi. Sührəverdi ərəb dilində təsəvvüf və təriqətinin əsaslarnı açıqlayan əsərlər yazmışdı. Onun əsərləri bu dövrün ilk ədəbi-təsəvvüfi məhsulları sayılır.
Baba Rexheb • Abdal Hakim Murad • Əbdülqdir as-Sufi • Əhməd Kayhan Dədə • Abdula ah Nəqşibəndi • Əhməd Ələvi • Əbdürrəhman əl-Şaquri • Aşfaq Əhməd • Qələndər Baba Auliyə • Xoca Şəmsəddin Əzimi • Məhəmməd Muhaiyəddin • Feysəl Abdul Rauf • Riaz Əhməd Gövhər Şahi • Qalib Həsən Quşçuoğlu • Qulam Mustafa Xan • Hafiz Qamaruddin Çişti Sabiri • Hişam Kabbani • Həzarat Mai Safura Qəiriyyə • Məhər Əli Şah • Məhəmməd Ələvi l-Maliki • Nazim əl-Haqqani • Seyid Vahid Əşrəf • Nuh Ha Mim Keller • Nurəddin Durki • Ömər Əli Şah • Osman Nuri Topbaş • Pir Zülfiqar Əhməd • Məhəmmd Əbdülqədir Siddiqi Qədri • Əhməd Rza Xan Bərləvi • Rəşad Fild • Sahib Qiblə Fültli • Səid Əfəndi əl-Çirkaşi • Qüdrətullah Şəhab • Sufi Bərkat Əli • Seyid Şücaət Əli Qədri • Məhəmməd Tarhir-ül-Qədri • Tahir Allauddin • Tacəddin Məhəmməd Bədrəddin • Varis li Şah • Vasif Əli Vasif • Zahin Şah Taci
Sufizm tədqiqatçıları
İvan Aqueli • Kurt Almqvist • Titus Burkhardt • Uilyam Çittik • Korbin • Karl Ernst • Robert Freycer • Genon • Leks Hikson • Teyc Lindbum • Linqs • Hüseyn Nasr • Annmari Şimmel • Maykl Sells • İdris Shah • Fritof Şuon • Reynold A. Nikolson • Zakir Məmmədov