Ana səhifə
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycan dilində 199.521 məqalə mövcuddur.
Teymur Məmmədov — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2011–2017-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Hal-hazıda isə məşqçi olaraq çalışır. 2008-ci ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çemppionatının qalibi olan Teymur Məmmədov 2008–2010-cu illərdə gənclər arasında beş beynəlxalq turnirin hamısında qızıl medala sahib olub. 2010-cu ildə 17 yaşında Azərbaycan çempionu adını qazanan Teymur Məmmədov həmin ilin iyununda baş tutan Avropa Çempionatının final görüşüdə Bolqarıstan nümayəndəsi Tervel Pulev üzərində təmiz qələbə qazanaraq 18 ildən sonra Azərbaycana Avropa Çempionatının qızıl medalını qazandırdı. Həmin ilin sentyabrdaın baş tutan Dünya Çempionatının finalçısı olmaqla isə Teymur Məmmədov 2012-ci il London Olimpiadasına lisenziyanı təmin elədi. |
Ülviyyə Sultan — 34-cü Osmanlı sultanı II Əbdülhəmidin ilk xanımı Nazikəda Qadınəfəndidən olan yeganə övladı və ilk qızı. Ülviyyə Əbdülhəmidin sevimli qızı idi. O, təxminən 7–9 yaşlarında ikən bir yanğında ölmüşdür. Ülviyyə Sultan 1864 və ya 1868-ci ildə Konstantinopoldakı (indiki İstanbul) Dolmabağça sarayında anadan olmuşdur. Anası Əbdülhəmidin ilk xanımı olan çərkəzəsilli Nazikəda Qadınəfəndidir. Ülviyyə Nazikəda Qadınəfəndinin yeganə övladı idi, lakin onun ən azı 16 ögey qardaşı və bacısı var idi. Mənbələr onun Əbdülhəmidin ən sevimli qızı olduğunu bildirir. Ülviyyə zahirən çox gözəl uşaq olaraq təsvir edilmişdir: "çox şirin, çox ağıllı, yaşına görə çox gözəl qız idi… qaragözlü, uzun kirpikli, ağdərili, çəhrayı yanaqlı olan o, bir mələk kimi idi". |
UEFA İntertoto Kubokunu qazanan məşqçilərin siyahısı — UEFA İntertoto Kuboku turniri Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa Futbol Assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi. Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dayandırıldı. 1995-ci ildə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular. İlk qalib məşqçilər isə fransız Jaki Duqperoks və Yuqoslaviyadan Slavolub Muslin oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil, üç klub qazanmağa nail oldu. Burada isə fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı. 2006-cı ildə yarışın formatında dəyişiklik edilərək 5 tur oynanılan turnir 3 tura endirildi və üçüncü turu keçən klublara UEFA Kubokunun ikinci təsnifat mərhələsində oynama şansı verildi. İntertoto Kuboku turniri klublara UEFA Kuboku turnirində iştirak etmək üçün ən uzun yolu təqdim edirdi. 2006-cı ildə turniri Qlen Royderin başçılığı altında "Nyukasl Yunayted" klubu qazandı. Alman məşqçi Yup Haynkes (şəkildə) turniri 2 dəfə və ardıcıllıqla (2003–2004) qazanan yeganə məşqçidir. O, bu uğura "Şalke"nin baş məşqçisi kimi nail olmuşdur. |
- İsrailin Livanın paytaxtı Beyruta hava hücumu nəticəsində Hizbullah lideri Həsən Nəsrullah (şəkildə) öldürülüb.
- Azərbaycan Milli Məclisinin VII çağırışı formalaşıb və məclisin ilk iclası keçirilib.
- Hizbullah üzvlərinin Livan və Suriyada istifadə etdikləri elektron cihazların partlaması nəticəsində azı 42 nəfər ölüb, minlərlə insan yaralanıb.
- Perunun sabiq prezidenti Alberto Fuximori 86 yaşında vəfat edib.
Aktual hadisələr:İsrail–Həmas müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
- Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyskinin qızı Tamara xanım Xoyskaya (şəkildə) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin sədri Mirzə Davud Hüseynovla evlənmiş və Azərbaycan SSR-in ilk birinci xanımı olmuşdur.
- Civəni gümüşə və ya qızıla çevirə bildiyini iddia edən Ceyms Prays bunu etibarlı şahidlər önündə sübut etmək məcburiyyətində qalan zaman sianid turşusu içərək intihar etmişdir.
- Şimali Koreya tərəfindən Cənubi Koreyadan qaçırılmış YS-11 təyyarəsində olan 47 nəfərdən 11-i heç vaxt geri qaytarılmayıb və onlar Şimali Koreyanın müxtəlif şəhərlərində yaşamaqdadır.
- 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən xunta özünü "Vətəndə Sülh Şurası" adlandırırdı.
- Aprel işğalından sonra həbs olunmuş Məhəmməd Əmin Rəsulzadə İosif Stalinin göstərişi ilə həbsdən azad edilərək RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin olunmuşdur.
Digər günlər: 8 oktyabr – 9 oktyabr – 10 oktyabr
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi