Liqitan adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
Ligitan
malay Pulau Ligitan
Ümumi məlumatlar
Sahəsi0,079 km²
Uzunluğu
  • 0,65 km
Eni0,41 km
Hündür nöqtəsi9 m
Əhalisi0 nəfər (2012-ci il)
Yerləşməsi
4°09′00″ şm. e. 118°53′10″ ş. u.
Ölkə Malayziya
Akvatoriya
Ligitan xəritədə
Ligitan
Ligitan

Ligitan adası (malay Pulau Ligitan) — Sulavesi dənizində yerləşəndə yerləşən, Malay arxipelaqının tərkib hissəsi olan Ligitan arxipelaqına daxil olan ada. İnzibati cəhətdən İndoneziyanın Sabah ştatı ərazisinə daxildir.Adanın sahəsi 0,079 km² təşkil edir. 2012-ci ilə olan məlumata görə adada yaşayış yoxdur. Ligitan adası İndoneziyaMalayziya arasında ərazi mübahisəsi olmuşdur. BMT Beynəlxalq məhkəməsinin qərarı ilə ada Malayziyanın ərazisi elan edilmişdir. Adada kurort turizm infrastrukturu yaradılır.

Fiziki-coğrafi göstəricilərimənbəni redaktə et

Coğrafi yerləşməsimənbəni redaktə et

Adanın koordinatları: 4°09′00″ şm. e. 118°53′10″ ş. u.[1]. Ada Sulavesi dənizinin cənub-şərqində Kalimantan adasından şərqdə (Tutop burnundan 39 km məsafəyə malikdir) Malayziya və İndoneziya sərhədində yerləşir[2]. Adanın sahəsi 0,079 km²[2] təşkil edir. Ada düz oval formaya malikdir. Adanın maksimal uzunluğu 550 metr, eni isə 200 metr təşkil edir[3]. Eyni adlı mərcan rifinin cənub)şərqində qərarlaşır. Bəzən bu rif adalarını birlikdə Ligita arxipelaqı adlandırırlar[4].

İqlimimənbəni redaktə et

İqlimi ekvatorialdır. Rütubətlidir. İqlim xüsusiyyətləri Kalimantan adasının şimal-şərq iqliminə bənzərdir. İllik orta temperatur maksimal olaraq +39 °C, minimal isə +17 °C təşkil edir. Günlük orta temperatur +27—29 °C-dir. Günlük msksimal və minimal temperatur arasında fərq cəmi 5 °C təşkil edir[5].

Təbiətimənbəni redaktə et

Ada qumsaldır və səthi olduqca hamardır. Maksimal hündürlüyü dəniz səviyyəsindən 9 metr hündürlükdə yerləşir[6]. Ərazisinin böyük hissəsini tropik bitkilər örtmüşdür[1][7]. Əsasən kol və palma ağaclarıdır. Sahil hissəsi əsasən bir necə on metr enə malikdir. Adanın sahillərindən güçü 5 km/s alan axınlar keçir. Bu axınlar adanın ətrafına dövr edir. Bu xüsusiyyətinə görə yaxınlıqda yerləşən digər adalsrdan fərqlənir[6][7]Ada fauna baxımından kasıbdır. Burada iri heyvanlar yaşamır. Ərazisində bir necə növ sürünən, gəmirici və suda-quruda yaşayan vardır. Ətraf suları isə daha zəngin və rəngarəngdir. Dəniz ilanları, skatlar, yengəclər və çixlu sayda balıq növlərinə rast gəlinir[7].

Ərazi mənsubluğumənbəni redaktə et

1969-cu ildən ada Malayziya və İndoneziya arasında mübahisə predmeti olmuşdur. Hər iki tərəf Hollandiya və Böyük Britaniya müstəmləkə xəritələrini əsas gətirirdi. Burada Ligitandan başqa Sipidan adasıda mübahisə pretmeti olmuşdur. 1997-ci ildə hər iki tərəf məsələni BMT Beynəlxalq məhkəməsinə verirlər. 2002-ci ilin dekabrında məhkəmə işi Malayziyanın lehinə həll edilir[1][2]. İndoneziya məhkəmənin qərarını rəsmən tanıyır[8].

İnzibati cəhətdən ada Sempor rayonu (malay Daerah Semporna), Tavau dairəsi (malay Bahagian Tawau), Sahab ştatı (malay Negeri Sabah)[4][8] daxildir.

Əhəmiyyətimənbəni redaktə et

Hazırda adada yaşayış yoxdur. 2002-ci ilə qədər adada hansısa işlərin aparılmasına imkan verilmirdi. 2002-ci ildən etibarən isə adada turizmin inkişafı yolunda işlər görülmüşdür[7][9]. Zəngin dəniz canlılarına malik bölgə olmasına baxmayaraq adaya turistləri cəlb etmək mümkünsüzdür. Səbəb isə infrastrukturun istənilən səviyyətə olmamasıdır[7].

İstinadlarmənbəni redaktə et

Naviqasiya menyusu