Çarpışma (film, 2011)

Çarpışma — Hər birinin öz həyatı, öz qorxuları və öz taleyi olan neftçilər briqadası evə qayıdır. Baş qəhrəman onları müşayiət edən keçmiş snayper və ovçudur. Fəhlələrin həyatına təhlükə yaradan canavarları zərərsizləşdirir. Yalnız öz işində təskinlik tapan Con, sevimli həyat yoldaşının ölümü ilə barışa bilmir, ağlından intiharla bağlı fikirlər keçir. Növbəti səfərlərin birində briqadanı daşıyan təyyarə Alyaskada qəzaya uğrayır. Qəzadan yalnız səkkiz nəfər o cümlədən Con sağ çıxır. Sivilizasiyadan kilometrlərlə uzaqda – qarlı səhrada ayılan sərnişinlər qida çatışmazlığı və sərt hava şəraitində həyat uğrunda mübarizə aparmalıdırlar. Öz qorxularına sinə gəlməyə çalışan didərginlər eyni zamanda qana susamış canavar dəstəsi tərəfindən təqib olunurlar və sonda baş qəhrəman Con da daxil olmaqla filmin bütün qəhrəmanları canavarların qurbanına çevrilir. Filmdə baş rollarda Liam Nison, Frenk Qrillo, digər rollarda isə Nonso Anozi, Dermot Malruni, Dallas Roberts və başqaları iştirak etmişdirlər.

Çarpışma
ing. The Grey
Janrmacəra filmi[1][2][…], döyüş filmi, dram filmi, ədəbi əsər ekranlaşdırılması[d]
Baş rollarda
DistribütorGlobal Road Entertainment[d], Netflix
İlk baxış tarixi2011, 12 aprel 2012[5], 22 mart 2012[6], 27 yanvar 2012[7]
Müddət117 dəq.
Büdcə25.000.000 $[8]
Gəlir81.249.176 $[9], 51.580.136 $[9]
Ölkə
Dilingilis dili
Rəngrəngli
Çəkiliş yeriVankuver, Britaniya Kolumbiyası
IMDbID1601913

İstinadlar

Xarici keçidlər