Çikdamal

Çikdamalİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonundakənd.[2]

Kənd
Çikdamal
40°51′41″ şm. e. 44°16′22″ ş. u.
Ölkə Ermənistan
RegionPəmbək mahalı
RayonHamamlı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1.930 m
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi
  • 2.515 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çikdamal xəritədə
Çikdamal
Çikdamal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 3 km məsafədə, Pəmbək çayının yanında, Çubuxlu dağının ətəyindəyerləşir.

1937-ci ilə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. 31 dekabr 1937-ci ildəyaradılan Hamamlı (Spitak) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kənddə e.ə.I minilliyə dair qala divarlarının qalıqları vardır.

Erməni mənbələrində bu qalanın farslara aid olduğu göstərilir[4].

Bu, erməni saxtakarlığının bir nümunəsidir. Onlar izi azdırmaq üçün türklərifarslar kimi təqdim edirlər. Elə vaxtilə İrəvan qalasının da farslara məxsus olduğunu qeyd edirdilər.

Bu gün İrəvan şəhərində azərbaycanlılara məxsus olan Göyməscid məscidi də farslara məxsus tarixi abidə kimi təqdim olunur. Digər tərəfdən Çikdamal kəndinin əsasının 1873 - cü ildə qoyulduğunu yazırlar[5].

Əgər kənd 1873 - cü ildə yaradılıbsa, e.ə. I minilliyə aid qala hansı kəndin ərazisində tikilmişdir? Digər tərəfdən, elə erməni mənbələrində ermənilərin1828-29cuillərdə Çikdamal kəndinə köçürüldüyü göstərilir[6][7].

Bütün bunların hamısı erməni saxtakarlığını əyani şəkildə göstərir.

Toponim türk dilində «sərhəd, mərz» mənasında işlənən çik sözü ilə[8] Azərbaycan dilındə, «ev, bina, tikili», «bir ya iki tərəfi açıq, üstüörtülü yer, tikili», «pəyə, dəyə, qazma» mənasında işlənən dam sözünün[9][10] birləşməsindən əmələ gəlmişdir. Toponimin sonundakı «al» topoformantdır. «Çik» sözü türk dilində «dar dərə» mənasında da işlənir[11] «Sərhəddə yerləşən ev, yaşayış məntəqəsi, kənd» mənasını bildirir. Relyef əsasında yaranan mürəkkəbquruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Areveşoq qoyulmuşdur.

Əhalisi

Ermənilər buraya 1828-1829 - cu illərdə İranın Maku vilayətindən köçürülmüşdür[7].

Burada 1897-ci ildə ermənilərdən başqa, 7 nəfər azərbaycanlı yaşamışdır.

Onlar XX əsrin əvvəllərindəsıxışdırılaraq kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

İstinadlar