Azərbaycan Texniki Universiteti

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi
(Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu səhifəsindən istiqamətləndirilmişdir)

Azərbaycan Texniki Universiteti və ya qısaca AzTUAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Azərbaycan Texniki Universiteti
AzTU
Loqonun şəkli
Xəritə
40°22′13″ şm. e. 49°48′55″ ş. u.
Əsası qoyulub1950
TipDövlət
RektorVilayət Vəliyev
Tələbə sayı10.000
ŞəhərBakı
Ölkə
ÜnvanHüseyn Cavid prospekti, 25
Saytaztu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır.

Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir.

Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər.

Maddi-texniki bazası

Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir.

Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir.

Universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.[1]

Tərkibi

Beynəlxalq əlaqələri

Universitetin ABŞ, Rusiya, Kanada, Çin Xalq Respublikası, Almaniya, İngiltərə, Fransa, Türkiyə, İran İslam Respublikası, Malayziya, Avstriya, Polşa, Gürcüstan, Türkmənistan və s. ölkələrin universitetləri və elmi müəssisələri ilə daimi əlaqələri vardır. Universitetdə bakalavr (mühəndis) hazırlığı üçün 4 il (xarici vətəndaşlar əlavə 9 ay hazırlıq şöbəsində oxumalıdırlar), magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3–4 il vaxt norması nəzərdə tutulmuşdur.

Qafqaz Universitetlər Birliyinin üzvüdür[2].

Dr. A.S. Tanınmış pakistanlı maarifçi və tədqiqatçı M. İrfan-Maqsud həm də AzTU-nun beynəlxalq fakültəsinin üzvüdür.[1]

İstinadlar