Üfüqi inteqrasiya

Üfüqi inteqrasiya (üfüqi konsentrasiya) — alıcı firma ilə eyni sənayedə və eyni istehsal mərhələsində yerləşən bir firmanın digəri üzərində alınması və ya nəzarəti yolu ilə eyni profilli təsərrüfat subyektlərinin birləşməsi.

Tərifi

BSE-yə görə, üfüqi konsentrasiya həm homojen, həm də texnoloji cəhətdən bir-biri ilə əlaqəsi olmayan məhsulların istehsalında bir firma daxilində cəmləşmə prosesidir.[1]

BRE-ə görə üfüqi iqtisadi inteqrasiya eyni profilli təsərrüfat subyektlərinin birliyidir.[2]

Britannika”ya görə, üfüqi inteqrasiya, şirkətin istehsalın mərhələlərindən birinə və ya vahid sənayeyə tam nəzarət etməyə çalışdığı, miqyas iqtisadiyyatından istifadə etməyə imkan verən, lakin rəqabətin azalmasına səbəb olan biznesin təşkili formasıdır.[3] Bu halda üfüqi biznes birləşməsi baş verir, yəni hər iki şirkət eyni bazar üçün eyni məhsul və ya xidməti istehsal etdikdə.[4]

Nümunə

Məsələn, bir avtomobil istehsalçısı digər avtomobil istehsalçısına nəzarət edir; bu halda onlar eyni istehsal mərhələsində və sənayenin eyni sahəsindədirlər. Üfüqi inteqrasiya yolu ilə yaranan inhisara üfüqi inhisar deyilir.[5]

İstinadlar