İbrahim Əzizov (əsgər)

İbrahim Şaməddin oğlu Əzizov (26 dekabr 1997; Soltankənd, Cəlilabad rayonu, Azərbaycan8 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

İbrahim Əzizov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSoltankənd, Cəlilabad rayonu, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeriDaşaltı, Şuşa rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
UşağıNuray
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2016 / 2020
RütbəsiƏsgər
Döyüşlər
Təltifləri"Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2020"Qubadlının azad olunmasına görə" medalı — 2020"Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

İbrahim Əzizov 26 dekabr 1997-ci ildə Cəlilabad rayonunun Soltankənd kəndində anadan olmuşdur.[1] 2004-2015-ci illərdə Cəlilabad rayon Soltankənd kənd tam orta məktəbində təhsil almışdır. 2018-ci ildə ailə quran İbrahim Əzizovun Nuray adlı övladı yadigar qaldı.

Hərbi xidməti

İbrahim Əzizov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.[2] Əsgər Əzizov hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində Lələtəpə istiqamətində yaxından vuruşmuş, fərqlənmişdir.[3]

Azərbaycan Ordusunun əsgəri olan İbrahim Əzizov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, QubadlınınŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İbrahim Əzizov 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 16 noyabr tarixində doğulduğu Cəlilabad rayonunun Soltankənd kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Əzizov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Əzizov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Əzizov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Təltifləri

İstinadlar