İbrahim Məmmədov (gizir)

İbrahim Nakam oğlu Məmmədov (3 aprel 1985, Şəki25 oktyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

İbrahim Məmmədov
Şəxsi məlumatlar
LəqəbiCanavar
Doğum tarixi3 aprel 1985(1985-04-03)
Doğum yeri
Vəfat tarixi25 oktyabr 2020(2020-10-25) (35 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Şəki Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri2002-ci ildən
Rütbəsi Gizir
DöyüşlərAprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Laçın döyüşləri
Təltifləri"Azərbaycan Bayrağı" ordeni — 2021 "Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı

İbrahim Məmmədov 1985-ci il aprelin 33-də Şəki şəhərində anadan olub.[1] 1991–2002-ci illərdə Şəki şəhərində 20 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Hərbi xidməti

İbrahim Məmmədov 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun giziri olan İbrahim Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, FüzulininLaçın dəhlizi istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 17-də Füzuli şəhərinin azad olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevi məruzəni İbrahim Məmmədov edib. İbrahim Məmmədov oktyabrın 25-də Laçın döyüşləri zamanı şəhid olub. Şəki şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[7]

Təltifləri

İstinadlar