İbrahim Sadıqlı

Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2-ci Qarabağ müharibəsi şəhidi

İbrahim Şahin oğlu Sadıqlı (28 iyun 1993, Bakı3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

İbrahim Sadıqlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriII Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri2011—2013 / 2015—2020
Rütbəsi Gizir
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Qarabağ" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2021 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı

İbrahim Sadıqlı 1993-cü il iyunun 28-də Bakı şəhərində anadan olub.[2]

Hərbi xidməti

İbrahim Sadıqlı 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun giziri olan İbrahim Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin CəbrayılınFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Sadıqlı oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.[3]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Təltifləri

İrsi və xatirəsi

2021-ci ildə Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonda küçələrin birinə İbrahim Sadıqlının adı verilmişdir.[13]

İstinadlar