İbrahim Vəlizadə (leytenant, 1998)

İbrahim Səməd oğlu Vəlizadə (11 iyun 1998, Şərur, Naxçıvan Muxtar Respublikası2020, Murovdağ, Kəlbəcər rayonu və ya Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. İtkin.

İbrahim Vəlizadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriVərməziyar, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeriMurovdağ, Kəlbəcər rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıSəməd Vəliyev
AnasıXurşud Vəliyeva
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2018–2020
RütbəsiLeytenant
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2023 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2023 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 2018

Həyatı

İbrahim Vəlizadə 1998-ci il iyunun 11-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Vərməziyar kəndində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun leytenantı olan İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İbrahim Vəlizadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən İbrahim Vəlizadəyə "şəhid" statusu verilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən İbrahim Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[2]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən İbrahim Vəlizadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Təltifləri

İrsi və xatirəsi

Xatirəsini əbədiləşdirmək üçün Şərur Şəhidlər Xiyabanında İbrahim Vəlizadənin büstü qoyulub.

İstinadlar