İlkin Məmmədzadə

İlkin Məmmədzadə (azərb. Məmmədzadə İlkin Əzizağa oğlu;19 dekabr 1991, Sumqayıt7 oktyabr 2020)— Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

İlkin Məmmədzadə
İlkin Əzizağa oğlu Məmmədzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSumqayıt, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeriTərtər-Ağdərə istiqamətində
Dəfn yeriSumqayıt Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2016-2020
RütbəsiBaş leytenant
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb. Məktəbi fərqlənmə ilə bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. "Xəmsə" və "Breyn Rinq" yarışmalarında iştirak etmişdir. 2012-ci ildə Universiteti Qırmızı Diplomla başa vurmuşdur. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində Magistr təhsili alıb. Hərbi xidmətdən sonra elmi fəaliyyətlə məşğul olmuşdur.[2]

Hərbi xidməti

2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2016-cı ilin fevral ayından etibarən hərbi xidmətə başlayıb. 2016-cı ilin iyun ayından etibarən Goranboy rayonu Yuxarı Agcakənd kəndində "N" saylı hərbi hissədə Leytenant kimi xidmətə başlayıb.Xidməti ərzində dəfələrlə fəxri fərman və təşəkkürnamələr alıb. 2018-ci ilin Dekabr ayında Tərtər rayonu "N" saylı hərbi hissəyə köçürülüb. Nümunəvi xidmətinə görə daima kollektiv içində seçilib. 2020-ci ilin iyun ayında "Baş leytenant" rütbəsini alıb. Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxartmışdır.[3] 7 oktyabr 2020-ci ildə saat 10:00 radələrində Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub olmuşdur.

8 oktyabrda 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Təltifləri

Həmçinin bax

İstinadlar