İlqar Mayılxanlı

İlqar Nadir oğlu Mayılxanlı (24 iyul 1998; Milabad, Beyləqan rayonu, Azərbaycan27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

İlqar Mayılxanlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriMilabad, Beyləqan rayonu, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeriFüzuli, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıNadir Mayılxanlı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2016-2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

İlqar Mayılxanlı 24 iyul 1998-ci ildə Beyləqan rayonunun Milabad kəndində dünyaya göz açmışdır.[1] 2004-2015-ci illərdə şəhid Vilayət Cəfərov adına Beyləqan rayon Milabad kənd tam orta məktəbində təhsilini almışdır.

Hərbi xidməti

İlqar Mayılxanlı orta məktəbi bitirdikdən sonra 5 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanmışdır. 2018-ci ilin 12 aprelində ordudan tərxis olunan İlqar həmin ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Hərbi xidmətinə piyadanın döyüş maşınında tuşlayıcı vəzifəsində başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan İlqar Mayılxanlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüşən İlqar müharibənin ilk günü qarşı tərəfin texnikasını, silah-sursatını, canlı qüvvəsini məhv etmişdir. İlqarın idarə etdiyi tank hədəf alınır. O, yaralı döyüş yoldaşlarını xilas edir. İlqar Mayılxanlı 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində minaatandan açılan atəş nəticəsində həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş İlqar Mayılxanlı Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[7]

Təltifləri

İstinadlar