İlyas Nəsirov

İlyas Arzuman oğlu Nəsirov (4 iyul 1985; Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi.

İlyas Nəsirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBeyləqan rayonu, Azərbaycan
Vəfat tarixi (35 yaşında)
Vəfat yeriQubadlı rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri2007-2020
Rütbəsi Gizir
DöyüşlərAprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri"Azərbaycan Bayrağı" ordeni "Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2016 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı

İlyas Nəsirov 1985-ci il iyulun 4-də Beyləqan rayonunun Milabad kəndində anadan olub. Əslən Cəbrayıl rayonu Süleymanlı kəndindəndir.

Hərbi xidməti

İlyas Nəsirov 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan İlyas Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, CəbrayılınQubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İlyas Nəsirov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar

1.[1]

2.[2]

3.[3]

4.[4]

5.[5]

6.[6]

7.[7]

8.[8]

9.[9]