İman Şampert

Amerikalı basketbol oyunçusu

İman Şampert (ing. Iman Asante Shumpert; 26 iyun 1990, Ouk-Park[d], İllinoys) — NBA-nın Klivlend Kavalers komandasında oynayan peşəkar Amerikalı basketbolçudur. O, 1990-cı ilin iyun ayının 26-da anadan olub. Şampert Nyu York Niks tərəfindən NBA 2011 üçün seçilmişdir. Ancaq o, Klivlend Kavalers komandasında oynadı və qalib gəldi[3].

İman Şampert
Mövqeyiqısa hücumçu[d], Oyun qurucu
Boyu196 sm[1]
Çəkisi100 kq[1]
Vətəndaşlığı
Doğum tarixi26 iyun 1990(1990-06-26) (33 yaş)
Doğum yeri
Təhsili
Oyunçu seçimiNyu-York Niks
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

8-ci sinifdə oxuyanda NBA basketbolçusu Evan Torner ilə Oak Park, İllinoysdəki Gvendoln Bruks Midle komandasında komanda yoldaşı idi. O Oak Parkdan Rive Forest Hay skula keçdi[4]. 30 ən yaxşı oyunçudan biri oldu. O hər iki komandada uşaq və yeniyetmə bölmələrində oynayırdı. O Skoutfa 15 nömre ve Rivalsda ise 26 nömre altında oynayırdı. O 2006-cı ilde MCDonalds bütün Amerika oyunlarında oynadı və ücüncü komanda olur[5].

Karyerası

2008–2009-cu illərdə Georgiya Tex üçün o təzə oyunçu idi[6]. Burada oynadığı zaman o hər oyundan 10,5 xal qazandı. 2009–2010-cu il mövsümündə dekabr ayının 3-də Şampert sağ dizindən əməliyyat olur və 6 oyun buraxır. O mövsümün sonunda yenidən oyunlara qatılır və hər oyundan 10,0 xal qazanır.

2010–2011-ci illərdə Şampert öz xalını 17,3-ə çatdırır.

Nyu York Niks

2011-ci ildə NBA-nın 17-ci oyunlarında o Nyu-York Niks komandası ilə çıxış edir. 2012-ci ilin fevral onun komanda yoldaşı Jared Ceffries deyir "O sağ tərəfdən hücumda çox gözəl oynayır". 2012-ci ildə NBA oyunları zamanı o yenidən dizini zədələyir[7]. 2012-ci ilin aprel ayının 28-də o birinci dəfə Mayami Hit əlehinə oyunda yenidən dizindən zədə alır və dərhal həkimlərin köməyindən istifadə edir[8]. Sonra isə o sol dizindən zədə alır beləliklə, o mövsümdə oynu dayandırır.

2012-ci ildə o bir çox jurnalistlərin diqqət mərkəzində olur. İlin mükafatı üçün mükafatlanmada kifayət qədər səs yığır və bu mükafata layiq görülür. 2013-cü ildə o yenidən oyunlara qayıdır. Bu zaman o Detroyt Pistons komandası əlehinə oynayır. Oyun zaman 8 xal, 3 rebound əldə edir.

Klivlend Kavalers (2015–hələ də)

2015-ci ilin yanvar ayının 2-də o Klivlend Kavalers qoşulur[9]. Sonra ona Oklahoma-Siti Tander komandasından təklif gəlir. Klivlend Kavalers Şamöerd və C. R. Smis oyunçuları Niksdən alır. Burada o 8 xal, 2 rebound əldə edir.2015 NBA finalında Klivlend Kavalers Qolden Steyt Uorriorza uduzur[10]. 2015-ci ilin iyul ayının 9-da yenidən 4 illik Klivlend Kavalers müqavilə bağlayır. Buna əsasən 40 milyon dollar qazandı. Həmin ilin dekabr ayının 11-də Orlanda Maqic qarşı oyunda debüt edir. 111–76 hesabı ilə qalib gəlir və 14 xal qazanır. 2016-cı ilin mart ayının 5-də Boston Seltiks komandası ilə oyun zamanı 120–103 hesabı ilə qalib gəlir[11]. 11 apreldə Klivlend Kavalers oynayan Şampert ayağından zədə alır[12]. NBA final oyununda ikinci hissədə oyuna daxil olur və komandasının Qolden Steyt Uorriorza qalib gəlməsinə yardımçı olur.

Mövsümü oyunlar

İlKomandaGPGSMPGFG%3P%FT%RPGAPGSPGBPGPPG
2011–12Nyu York593528.9.401.306.7983.22.81.7.19.5
2012–13Nyu York454522.1.396.402.7663.01.71.0.26.8
2013–14Nyu York745826.5.378.333.7464.21.71.2.26.7
2014–15Nyu York242426.0.409.348.6763.43.31.3.19.3
2014–15Klivlend38124.2.410.338.6673.81.51.3.37.2
2015–16†Klivlend54524.4.374.295.7843.81.71.0.45.8
2016–17Klivlend763125.5.411.360.7892.91.4.8.47.5
Karyera37019925.6.396.340.7643.41.91.2.27.4

Playofflar

İlKomandaGPGSMPGFG%3P%FT%RPGAPGSPGBPGPPG
2012Nyu York1119.0.000.000.0001.0.01.0.0.0
2013Nyu York121228.1.410.429.8576.01.31.1.39.3
2015Klivlend201634.8.360.355.7504.91.21.3.89.1
2016†Klivlend21017.3.462.382.6362.2.8.5.13.3
2017Klivlend17016.2.417.385.8242.8.9.6.24.4
Karyera712923.8.389.378.7683.71.0.8.46.2

Şəxsi həyati

Şamperin atası Odisdir[13]. İllinoys Çikaqoda Kolumbiya Kolleqdə pəşəkar dizaynerdir. 2012–13-cü illərdə NBA final oyunlarında Şamperin saç kəsimi hamının marağına səbəb olmuşdur[14]. 213-cü ildə saçını keçəl edir[15].

Basketboldan başqa onun repə böyük marağı var. 2015-ci ilin dekabr ayının 16-da Şampert həyat yoldaşı Teyana Taylr onların qızlarını dünyaya gətirir (İman Tayla Şampert). 2016-cı ilin avqust ayında Atlantada o narkotikin təsiri altında maşın sürdüyü üçün həbs edilir[16].

İstinadlar

Xarici keçidlər