İmran Seyidov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
İmran Seyidov
İmran Sultan oğlu Seyidov
İmran Sultan oğlu Seyidov
Doğum tarixi
Doğum yeriQuba
Vəfat tarixi (78 yaşında)
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
FəaliyyətiŞair, nasir
Mükafatları"Şərəf nişanı" ordeni — 1981 "Əmək veteranı" medalı — 1984

İmran Sultan oğlu Seyidov (16 dekabr 1922, Quba10 may 2001) — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlərin Birliyinin üzvü (1977), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1982)

Həyatımənbəni redaktə et

İmran Seyidov 1922-ci il dekabrın 16-da Azərbaycanın Quba şəhərində anadan olmuşdur. Orta təhsili Bakıdakı 1 saylı məktəbdə almış (1940), M.Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunun energetika fakültəsini bitirmişdir (1945). Azərbaycan EA-nın Energetika İnstitutunda kiçik elmi işçi (1945-1946), sonra Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1946-1948), icctimai elmlər bölməsində elmi katib (1948-1970), "Sovetskaya türkologiya" jurnalı redaksiyasında baş redaktorun müavini (1959-1987), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi (1987-1995), Azərbaycan EA Milli Münasibətlər İnstitutunda baç elmi işçi vəzifələrində çalışmışdır (1995-2001). Ədəbi fəaliyyətə 1939-cu ildən "Molodoy raboçiy" ("Gənc fəhlə") qəzetində çap olunan "Yeni iliniz mübarək" şeiri ilə başlamışdır. Ondan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1966-cı ildən Azərbaycan Yazıçılar İttifaqında rus bölməsinin rəhbəri olmuşdur. Onun şeirlərin, hekayə, oçerk və məqalələri Bakı, Moskva, Penza, Minsk, Tbilisi və s. şəhərlərdə nəşr olunan rus dövri mətbuatında vaxtaşırı çap olunmuşdur. Əsərlərini rus dilində yazmışdır. Külli miqdarda tərcümələri vardır. "Koroğlu" eposunun Azərbaycan dilindən rus dilinə filoloji tərcüməsini edib çapa vermişdir. Xidmətlərinə görə "Şərəf nişanı" ordeni (1981), "Əmək veteranı" (1984) və digər medallarla, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967-1982) ilə təltif edilmişdir. "Kamil sənətkar", "Səməd Vurğun - 90", "Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə" (1995) fəxri diplomlara və "Qızıl qələm" mükafatına layiq görülmüşdür.[1]

2001-ci il mayın 10-da vəfat etmişdir.[1]

Əsərlərimənbəni redaktə et

  1. Yerin sahibi (şeirlər), 1948, 80 səh., 5.000 nüs.

İstinadlarmənbəni redaktə et

Naviqasiya menyusu