İntiqam Səfərov

İntiqam Əlihüseyn oğlu Səfərov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

İntiqam Səfərov
İntiqam Əlihüseyn oğlu Səfərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSaransk, Rusiya
Vəfat tarixi (21 yaşında)
Vəfat yeriTalış Suqovuşan, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriMaştağa kəndi
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıƏlihüseyn Səfərov
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Talış döyüşləri
Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — "Suqovuşanın azad olunmasına görə" "Laçının azad olunmasına görə" medalı — 2021

Həyatı

Şəhid Səfərov İntiqam Əlihüseyn oğlu 4 noyabr 1998-ci il Rusiya Federasiyasının Saransk şəhərində anadan olub. Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 № li tam orta məktəbdə təhsil alıb, 2015- ci ildə ümumi orta təhsili başa vurub, həmin il 13 № Bakı Peşə Məktəbinə qəbul olub və 2016- ci ildə “Kompüter operatoru” peşəsini müvəffəqiyyətlə bitirib. Tədris ili ərzində İntiqam ağıllı, tərbiyəli, vətənpərvər və nümunəvi tələbə olub. Gözəl rəsm əsərləri ilə həmişə məktəb tədbirlərində fərqlənirdi. Məktəbdə keçirilən “ Xocalı Ellegiyası” adlı tədbirdə çəkdiyi rəsm əsəri I yerə layiq görülmüşdür.

Hərbi xidməti

2020-ci ildə hərbi xidmətə yola düşən İntiqamın 8 fevral tarixində Tərtər rayonunda andiçməsi olub. O, 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində iştirak edib, Talış kəndiSuqovuşan yaşayış məntəqəsinin azad edilməsi uğrunda mərdliklə döyüşüb. 6 oktyabr 2020-ci il tarixində Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid Səfərov İntiqam Əlihüseyn oğlu Maştağa kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Təltifləri

İstinadlar

Xarici keçidlər

Maştağa qəsəbəsinin 4-cü Şəhidi Səfərov İntiqam haqqında.