İsa Məhərrəmov (əsgər)

İsa Məhərrəm oğlu Məhərrəmov (15 fevral 1999[1], Bakı, Azərbaycan — 19 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[2]

İsa Məhərrəmov
İsa Məhərrəm oğlu Məhərrəmov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeriFüzuli, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriII Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

İsa Məhərrəmov 15 fevral 1995-ci idlə Bakıda anadan olub.[3] Bakı Kooperasiya və Biznes Kollecində təhsil alıb. 2017-2019-cu illərdə hərbi xidmətdə olub.

Hərbi xidmətləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı İsa Məhərrəmov Füzulinin azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuşdur. II Şəhidlər Xiyabanı 'nda dəfn edilib.[4]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Məhərrəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Təltifləri

İstinadlar