İsmayıl Kərimov

İsmayıl Abbas oğlu Kərimov (3 noyabr 1990; Tüntül, Qəbələ rayonu, Azərbaycan6 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

İsmayıl Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriTüntül, Qəbələ rayonu, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeriSuqovuşan, Tərtər rayonu, Azərbaycan
Dəfn yeriQəbələ rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıAbbas Kərimov
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2009—2010 / 2020
RütbəsiƏsgər
Vəzifəsiatıcı
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

İsmayıl Kərimov 3 noyabr 1990-cı ildə Qəbələ rayonunun Tüntül kəndində Abbas Kərimovun ailəsində anadan olmuşdur.[1] 1997-2008-ci illərdə İlham Abdulkərimov adına Qəbələ rayon Nohurqışlaq kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı.

Hərbi xidməti

İsmayıl Kərimov 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. 2010-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. İsmayıl Kərimov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İsmayıl Kərimov 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Kərimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar