İsmayıl Yüzbaşıyev

İsmayıl Yüzbaşıyev —(01.041997 Kəngərli rayonunun Böyükdüz kəndi- 09.11.2020 Şuşa)İkinci Qarabağ müharibəsi şəhidi.

Yüzbaşıyev İsmayıl
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBöyükdüz (Kəngərli), Kəngərli rayonu
Vəfat tarixi (23 yaşında)
Vəfat yeriŞuşa
Vəfat səbəbişəhid olub
Dəfn yeriBöyükdüz (Kəngərli), Kəngərli rayonu
Vətəndaşlığı Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2019–2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Daşaltı əməliyyatı
 • Şuşa uğrunda döyüşlər
Hadrutun azad edilməsi
Təltifləri"Şuşanın azad olunmasına görə" medalı "İgidliyə görə" medalı "Vətən uğrunda" medalı

Həyatı

Yüzbaşyev İsmayıl Fərzayıl oğlu 01.04.1997 tarixində Kəngərli rayonunun Böyükdüz kəndində anadan olub. Ailədə 4 nəfərdirlər.2003-cü il sentyabr ayında Böyükdüz Kənd Orta məktəbinə daxil olmuş,2014-cü ilde həmin məktəbi bitirmişdir.

Hərbi xidməti

Orta məktəbi bitirdikdən sonra 2015-ci il oktyabr ayında hərbi xidmətini tamamlamaq üçün Əlahiddə Ümumqoşun Ordunun "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. 2017-ci il də hərbi xidmətini başa vurmuşdur. 2019-cu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrində işə başlayır. İkinci Qarabağ müharibəsi zamanı şəhid olub.

Təltifləri

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Yüzbaşıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Yüzbaşıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Yüzbaşıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[6]

İstinadlar