İvo Daneu

İvo Daneu (sloven. Ivo Daneu; 6 oktyabr 1937, Maribor) — Sloveniya basketbolçusu və məşqçi. Maribor və Olimpiya Lyublyana klublarında çıxış etmişdir. Olimpiya ilə birlikdə 1957, 1959, 1961, 1962, 1966 və 1970-ci illərdə 6 dəfə ölkə çempionu olmuşdur.

İvo Daneu
sloven. Ivo Daneu
MövqeyiOyun qurucu
Boyu188 sm
Çəkisi80 kq
Vətəndaşlığı
Doğum tarixi6 oktyabr 1937(1937-10-06) (86 yaş)
Doğum yeri
Komandalar
  • Yuqoslaviya Maribor (1949—1956)
  • Yuqoslaviya Olimpiya Lyublyana (1956—1970)
Medalları
Olimpiya Oyunları
GümüşYay Olimpiya Oyunlarıbasketbol
Dünya Çempionatı
Gümüş1963 Braziliya
Gümüş1967 Uruqvay
Qızıl1970 Yuqoslaviya
Avropa Çempionatı
Gümüş1961 Yuqoslaviya
Bürünc1963 Polşa
Gümüş1965 SSRİ
Gümüş1969 İtaliya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvo 1956–1970-ci illərdə Yuqoslaviyanın milli basketbol komandasının üzvü olmuş və onun heyətində 209 oyun keçiritmişdir. Milli komanda ilə birlikdə 1970 Dünya Çempionatının qalibi olmuşdur və növbəti sıralanan yarışlarda gümüş medalı qazanmışdırI 1968 Yay Olimpiya Oyunları, 1963 və 1967 dünya çempionatları (sonuncu yarışın ən dəyərli oyunçusu seçilmişdir) və 1961, 1965 və 1969 Avropa çempionatları. 1967-ci ildə Yuqoslaviya, 1969-cu ildə isə Sloveniyada ilinin idmançısı adına layiq görülmşüdür.

1970–1971-ci illərdə "Olympiya" nın baş məşqçisi olmuşdur. 1991-ci ildə FIBA ən böyük ​​50 oyunçusundan biri seçildi və 2007-ci ildə FİBA ​​şərəf zalına daxil edildi.

Xarici keçidlər