İxtiyar Əliyev

İxtiyar İlqar oğlu Əliyev (6 iyul 1994; Goranboy rayonu, Azərbaycan6 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

İxtiyar Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGoranlı, Goranboy rayonu, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeriAğdərə, Azərbaycan
Dəfn yeriGoranlı, Goranboy rayonu, Azərbaycan
Dəfn tarixi13 oktyabr 2021
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Gizir
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021 "Vətən uğrunda" medalı — 2021 "Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Həyatı

İxtiyar Əliyev 1994-cü il iyulun 6-da[1] Goranboy rayonunun Goranlı kəndində anadan olub. Ailəli idi. Qardaşı Əliyev Bəxtiyar İlqar oğlu İkinci Qarabağ müharibəsi qazisidir.

Hərbi xidməti

Azərbaycan Ordusunun giziri olan İxtiyar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İxtiyar Əliyev oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun nəşinin tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. İtkin düşməsindən 1 il sonra, 2021-ci il oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçu – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.[2] Onun nəşi 14 oktyabr 2021 -ci il tarixində Goranboy rayonunun Goranlı kəndində dəfn olunmuşdur.[3]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İxtiyar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar