Şahin Bayramov (əsgər)

Əsgər

Şahin Arif oğlu Bayramov (14 yanvar 1992, Gəncə1 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Şahin Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGəncə, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
Dəfn yeriGəncə Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıArif Bayramov
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2010 / 2018—2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2021"İgidliyə görə" medalı — 2021

Həyatı və hərbi xidməti

Şahin Bayramov 14 yanvar 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur.[1] 1998–2009-cu illərdə Gəncə şəhər 21 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı.

O, 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Hərbi Komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Rusiya Federasiyasına köçmüş və bir müddət orada yaşamışdır.

Şahin Bayramov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Şahin Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Bayramov 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunda yerləşən Murov dağı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət tapılmayan nəşi 19 dekabr 2020-ci ildə tapılaraq Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şahin Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[4]

Təltifləri

İstinadlar