Şahin Tağıyev (kiçik gizir)

Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kiçik giziri

Şahin Rəhim oğlu Tağıyev (3 iyul 2000, Qaradağlı, Goranboy rayonu20 oktyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Şahin Tağıyev
Şəxsi məlumatlar
Doğum tarixi3 iyul 2000(2000-07-03)
Doğum yeri
Vəfat tarixi20 oktyabr 2020(2020-10-20) (20 yaşında)
Vəfat yeri
Dəfn yeriQaradağlı, Goranboy, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Xidmət illəri2018—2020
Rütbəsi Kiçik gizir
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Döyüşdə fərqlənməyə görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı

Şahin Tağıyev 2000-ci il iyulun 3-də Goranboy rayonunun Qaradağlı kəndində anadan olub.[1] Subay idi.

Hərbi xidməti

Şahin Tağıyev 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Şahin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Tağıyev oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Goranboy rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Tağıyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Tağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar