Şamil İsmayıllı

Şamil Kamil oğlu İsmayəllı (4 yanvar 1993; Tərtər rayonu, Azərbaycan - 19 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]

Şamil İsmayıllı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriTərtər rayonu, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeriTərtər rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2013-2020
RütbəsiƏsgər
DöyüşlərAprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı

Şamil İsmayıllı 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. İki övlad dünyaya gətirib.

Hərbi xidməti

Şamil İsmayıllı 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Şamil İsmayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Şamil İsmayıllı oktyabr 10-da Suqovuşan ətrafında gedən döyüşlərdə həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil İsmayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar