Şirzad Mirzəyev

Şirzad Mirzə oğlu Mirzəyev (1 avqust 1996; Göygöl, Azərbaycan27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Şirzad Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGöygöl, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
Dəfn yeriGöygöl Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri

Həyatı

Şirzad Mirzəyev 1996-cı il avqustun 1-də Göygöl şəhərinin anadan olub.[1] Ailəli idi. Bir qızı yadigar qaldı.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Şirzad Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şirzad Mirzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

İstinadlar