Əhməd Əhmədli

Əhməd Anar oğlu Əhmədli (20 yanvar 2001; Poladtuğay, Sabirabad3 oktyabr 2020; Kəlbəcər rayonu) — Azərbaycan Quru Qoşunlarının müddətli həqiqi hərbi xidmət qulluqçusu, əsgər. İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi.

Əhməd Əhmədli
Əhməd Anar oğlu Əhmədli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriPoladtuğay, Sabirabad, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
Dəfn yeriPoladtuğay, Sabirabad, Azərbaycan
Dəfn tarixi6 yanvar 2021
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıAnar Əhmədov
AnasıGüləbətin Əhmədova
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Hərbi hissəGoranboy rayonu
Xidmət illəri2019—2020
RütbəsiƏsgər
VəzifəsiAtıcı
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Əhməd Əhmədli 2001-ci il yanvarın 20-də Sabirabad rayonunun Poladtuğay kəndində Anar bəy və Güləbətin xanımın ailəsində anadan olub. 2007-ci ildə Salyan rayonu Azad İbadov adına Pambıqkənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olan Əhməd Əhmədli, daha sonra təhsilini Sabirabad rayonu Mahir İsmayılov adına Poladtuğay kənd tam orta məktəbində davam etdirib və 2018-ci ildə elə həmin məktəbdən də məzun olub.

Hərbi xidməti

2019-cu il yanvarın 6-da, 18 yaşının tamam olmasına 14 gün qalmış Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərildi. Hərbi xidmətini Quru Qoşunlarının Goranboy rayonunda yerləşən hərbi hissəsində atıcı vəzifəsində keçirdi.

Azərbaycan Ordusunun əsgəri olan Əhməd Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, SuqovuşanTalış döyüşlərində savaşıb. Əhməd Əhmədli oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşinin tapılmaması səbəbindən uzun müddət itkin düşmüş hesab edilib. Şəhid olduqdan 3 ay 3 gün sonra Sabirabad rayonunun Poladtuğay kənd məzarlığında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Əhməd Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar