Əhməd Kərimov

Əhməd Vaqif oğlu Kərimov (4 avqust 1989, Göyçay, Azərbaycan — 10 oktyabr 2020, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Əhməd Kərimov
Əhməd Vaqif oğlu Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGöyçay, Azərbaycan
Vəfat tarixi (31 yaşında)
Vəfat yeriŞuşa, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriDədə Qorqud məzarlığı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Şuşanın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Döyüşdə fərqlənməyə görə" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2020, "Şuşanın azad olunmasına görə" medalı — 2021

Həyatı

Əhməd Kərimov 1989-cu il avqust ayının 4-də Göyçay rayonunda dünyaya göz açıb.[2] Kooperasiya Universitetində təhsil alıb.

Hərbi xidmətləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əhməd Kərimov Füzuli və Şuşanın azad edilməsində savaşıb. Əhməd Kərimov noyabrın 10-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində həlak olmuşdur. Suraxanı rayon Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfn edilib..[3][4]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Təltifləri

İstinadlar