Ələmdar Cabbarlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
Ələmdar Cabbarlı
Bayramov Ələmdar Qəmbər oğlu
Doğum adıƏləmdar
Doğum tarixi (43 yaş)
Doğum yeri
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyətiazərbaycanlı
AtasıQəmbər
TəhsiliBakı Dövlət Universiteti
İxtisasıKitabşünas və nəşriyyat redaktoru
Elm sahəsi: Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabşünaslıq, Ədəbiyyatşünaslıq
Fəaliyyətişair, jurnalist, müəllim
Fəaliyyət illəri1986-cı ildən indiyədək
Əsərlərinin diliAzərbaycan
İstiqamətpoeziya, nəsr, publisistika
Janrlarşeir, hekayə
Üzvlüyü
Mükafatları"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019
elemdarcabbarli.wordpress.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ələmdar Cabbarlı (tam adı: Bayramov Ələmdar Qəmbər oğlu; 4 avqust 1980, Ağcakənd, Kəlbəcər rayonu) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003). 15 sentyabr 2020-ci il tarixindən 2022-ci ilin yanvar ayınadək BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi olmuşdur.[1] 11 yanvar 2022-ci il tarixindən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıdır.[2]

Həyatımənbəni redaktə et

Ələmdar Cabbarlı 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub.[3] 1987-ci ildə Ağcakənd orta məktəbinə getmiş, 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.[3] 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil almışdır.[3] 2001–2003-cü illərdə BDU-da magistr təhsili almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur.

2006–2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. 2012-ci ildə "Səməd Vurğun şeirinin obrazlar sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri görkəmli ədəbiyyatşünas alim, professor Şirindil Alışanlıdır. Hazırda prof. Şirindil Alışanlının elmi məsləhətçiliyi ilə "Bəxtiyar Vahabzadə yaradıcılığında janrların təkamülü və poetikası" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

2005-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosentidir.

2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 2014–2019-cu illərdə AYB-nin Gənclər Şurasının üzvü olub.

2008-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2009-cu ildən Məclis üzvü, 2014-cü ildən isə Məsləhətçilər Şurasının üzvüdür.[4] 2009-cu ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvüdür. 2018-ci ildən Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) üzvüdür.

2009–2013-cü illərdə Bizim söz qəzetinin baş redaktoru olmuşdur. "Ulduz" jurnalı redaksiya heyətinin üzvüdür.

1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 4 fənn proqramının, 70-dən çox elmi, 350-dən çox ədəbi-publisistik məqalənin müəllifidir. 40-a qədər kitabın redaktoru, rəyçisi və ön söz müəllifidir. Bir neçə Beynəlxalq konfransda iştirak etmişdir. 2013-cü ildə Türkiyədə keçirilən "Beynəlxalq Poeziya Festivalı"nda Azərbaycanı təmsil etmişdir.

2010-cu ilin noyabr ayında müqəddəs Həcc ziyarətində olmuşdur.

Mükafatlarımənbəni redaktə et

2013-cü ildə AYB-nin Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi ilə birgə təşkil etdiyi "Ən yaxşı şeir müsabiqəsi"nin qaliblərindən biri olub.[5]

2015-ci ildə yeni kitabının çıxması münasibətilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin "Dədə Şəmşir" diplomuna layiq görülmüşdür.[6]

Yaradcılığımənbəni redaktə et

Ələmdar Cabbarlı erkən yaşlarından bədii yaradıcılıqla məşğuldur.[3]

Şerləri, hekayə və povestləri müxtəlif almanax, jurnal və qəzetlərdə dərc edilib.[3]

Kitablarımənbəni redaktə et

  1. "Azərbaycanım mənim", 2000.
  2. "Özümlə bir ətək daş gəzdirirəm", Bakı, Azərnəşr, 2002.
  3. "…Və bir gün", 2006.
  4. "Yaşasan çoxdu bu ömür", Bakı, "Elm və təhsil", 2011. 100 səh., 1000 tiraj.
  5. "Kəlbəcərsiz 19 il…", Bakı, 2012.
  6. "Nəşriyyat işinin təşkili və idarə edilməsi", (dərs vəsaiti) Bakı: Mütərcim, 2014.[7].
  7. "Günahı olan qorxmasın", Bakı, 2015.[6]
  8. "Səməd Vurğunun obrazlar aləmi" (monoqrafiya). Bakı, Mütərcim, 2017, 168 s.
  9. "Qızıl", Bakı, Mütərcim, 2018, 120 s.

İstinadlarmənbəni redaktə et

Xarici keçidlərmənbəni redaktə et

Naviqasiya menyusu