Əli Erbaş

Əli Erbaş (türk. Ali Erbaş; 10 sentyabr 1961, Kabadüz, Ordu ili) — Türk akademik və Dəyanət İşləri Naziri.[1]

Əli Erbaş
türk. Ali Erbaş
Vəzifədədir
17 sentyabr 2017-ci ildən
ƏvvəlkiMehmet Görməz
8 iyun 2017 – 17 sentyabr 2017
ƏvvəlkiRafet Bozdoğan
SonrakıÇingiz Tomar
Sakarya Universiteti
İlahiyyat fakültəsinin dekanı
13 aprel 2006 – 19 yanvar 2011
ƏvvəlkiAbdullah Aydınlı
SonrakıH.Mehmet Günay
Şəxsi məlumatlar
Doğum tarixi10 sentyabr 1961(1961-09-10) (62 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyətiüləma, universitet müəllimi[d], Baş Müfti
Həyat yoldaşıSeher Erbaş
Uşağı4
Diniislam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

12 kitabı, bir çox məqalə yazan eyni zamanda Türkiyədə və xaricdə simpozium ə konfranslat təşkil edən professor Əli Erbaş evlidir və 4 övladı var.

Həyat və fəaliyyəti

1961-ci il Kabadüz, Orduda anadan olan Əli Erbaş 1980-ci ildə Sakarya İmam-Hatip liseyini, 1984-cü ildə Mərmərə Universitetinin ilahiyyat fakültəsini bitirmişdir.1987-ci ildə Təfsir bölməsində "Qurandakı təkrarlanmalar" adlı tezislə magistr dərəcəsini, 1993-cü ildə isə "İlahi dinlərdə mələk inancı" tezisi ilə Dinlərin tarixi bölməsində doktorluq dərəcəsini tamamlamış, 1998-ci ildə dosent adını qazanmışdır. 1997–2002-ci illərdə Sakarya Universiteti İlahiyyat fakültəsində dekan müavini vəzifəsində çalışan Əli ERbaş burada işləyərkən 2004-cü ildə professor elmi adını almışdır. O, 2006 və 2011-ci illər arasında iki dəfə dekan vəzifəsində[2] çalışmaqla yanaşı, eyni zamanda "Fətullahçı Terror Təşkilatı" ilə əlaqəli olan KADİP Mədəniyyətlərarası Dialoq Platformasının idarə heyətinin üzvü olmuşdur.[3][4]

Dəyanət işləri üzrə rəhbər kimi

2011-ci ildə Din İşləri üzrə müəssisənin təhsil xidmətlərinin ümumi müdirliyi vəzifəsinə təyin edildi və 6 il bu vəzifədə çalışdı. 17 sentyabr 2017-ci ildə isə Din işləri üzrə müdir vəzifəsinə təyin edildi.[1]

İstinadlar

Xarici keçidlər