Əli Quliyev (əsgər)

Əli Turac oğlu Quliyev (20 oktyabr 2001, Kərbəla27 oktyabr 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.

Əli Quliyev
Əli Turac oğlu Quliyev
Əli Turac oğlu Quliyev
Əli Turac oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriKərbəla, İraq
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Vəfat səbəbiŞəhid
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıTurac Quliyev
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı
"Füzulinin azad olunmasına görə" medalı

Həyatı

Əli Quliyev 20 oktyabr 2001-ci ildə İraqın Kərbəla şəhərində ilahiyyatçı ailəsində anadan olmuşdur. 12 yaşına kimi Kərbəla şəhərində yaşamış və təhsil almışdır. 2013-cü ildə ailəsi ilə birlikdə Azərbaycanın Masallı rayon Kolatan kəndinin Bağıroba qəsəbəsinə yerləşmişdir. Elə həmin ildə də Birinci Qarabağ Müharibəsi kənd şəhidi Simran Rzayev adına məktəbin altıncı sinfinə daxil olmuşdur. Məktəbi başa vuran Əli ali təhsil olmaq üçün imtahan verir, lakin müvəffəqiyətli olmur. 2020-ci ildə hərbi xidmətə yollanır. Dislokasiyası Cocuq Mərcanlı olan "N" saylı hərbi hissədə xidmətə başladı. İkinci Qarabağ Müharibəsinə qatılaraq düşmənin Azərbaycan torpaqlarından qovulmasında iştirak etdi. Oktyabrın 26-dan 27-ə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 29 oktyabr 2020-ci ildə Kolatan kəndinə gətirilərək torpağa tapşırıldı.

Təltifləri

Azərbaycan prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 25 dekabr 2020-ci ildə isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

İstinadlar