Əli Tağıyev (əsgər, 2001)

Əli Rahil oğlu Tağıyev (29 avqust 2001; Salyan, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Əli Tağıyev
Əli Rahil oğlu Tağıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSalyan, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriSuqovuşan, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriSalyan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Əli Tağıyev 2001-ci il avqustun 29-u Salyan rayonunda anadan olmuşdur. 2006-cı ildə yaşadığı rayonun Azer Seferov adina İnternat məktəbində ibtidai təhsilinə başlamış və 2019-cu ildə oranı bitirmişdir.[2][3][4]

Hərbi xidmətləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əli Tağıyev Suqovuşan, Tərtər rayonunun Çaylı və Talış kəndlərindəki doyüşlərdə iştirak edib. 3 oktyabr 2020-ci ildə Suqovuşanda şəhid olub. Salyanda dəfn edilmişdir.[5][6]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]

İstinadlar