Əlizamin Mustafayev

Əlizamin MustafayevAzərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Əlizamin Mustafayev
Əlzamin Baxış oğlu Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriTərtər
Vəfat tarixi (21 yaşında)
Vəfat yeriSuqovuşan
Vəfat səbəbiŞəhid
Dəfn yeriTərtər
VətəndaşlığıAzərbaycan Azərbaycan
MilliyyətiAzərbaycanlı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Suqovuşan döyüşü
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020

Həyatı

Mustafayev Əlzamin Baxış oğlu 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub.

2005-ci ildə Tərtər rayonunda yerləşən Kəlbəcər 64 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib[1]

Hərbi xidməti

Əlzamin Mustafayev 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 

2019-cu ildə Hacıqabul rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vurub. Əlzamin Mustafayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.

Daha sonra o, xidmətini Goranboy rayonunda yerləşən "N" saylı  hərbi hissədə davam etdirib.[2]

İkinci Qarabağ müharibəsində iştirakı

27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.

2 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

3 oktyabr 2020-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində dəfn edilib.[1]

Təltifləri

İstinadlar