Ənvər Əliyev (leytenant)

Ənvər Nizami oğlu Əliyev (4 iyun 1997; Şərur rayonu, Azərbaycan15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Ənvər Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriŞərur rayonu, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2015—2020
RütbəsiLeytenant
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020"Vətən uğrunda" medalı — 2020

Həyatı

Ənvər Əliyev 1997-ci il iyunun 4-də Şərur rayonunun Axaməd kəndində anadan olub.[1] 2003-2012-ci illərdə Şərur rayon Axaməd kənd tam orta məktəbində, 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015-2020-ci illərdə Türkiyədə Quru Qoşunlarının Hərbi Məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Ənvər Əliyev 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsilə xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Ənvər Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ənvər Əliyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ənvər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ənvər Əliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar