205-ci Şamaxı piyada alayı

Rusiya İmperator Ordusunun piyada alayı

205-ci Şamaxı piyada alayıRusiya İmperator Ordusunun piyada alayı. Alay 20 sentyabr 1889-cu ildə Yelizavetpol (indiki Gəncə) şəhərində yaradılmışdır.[1]

205-ci Şamaxı piyada alayı
Шемахинский 205-й пехотный полк
Növüpiyada
Yaranma tarixi1 sentyabr 1890 - 1918
ÖlkəRusiya imperiyası
Tabedir52-ci Piyada Diviziyası, 3-cü Qafqaz Ordusu Korpusu
DaxildirRusiya İmperator Ordusu
QərargahGəncə (1913-cü ilə qədər)
Serqoqala (1913-cü ildən)
MüharibələrBirinci Dünya müharibəsi
DöyüşlərBirinci Dünya müharibəsi
Rusiyanın İrana hərbi müdaxiləsi
Komandanlıq
Məşhur komandirləriƏbdülhəmid bəy Qaytabaşı
Tərlan Əliyarbəyov

Alayın təşkili

Alay Yelizavetpolda 1890-cı il sentyabrın 1-də Şamaxı, Salyan, Nuxa, SığnaxDüşeti komandalarından ibarət iki batalyondan yaradılmış və Şamaxı ehtiyat piyada (kadr) alayı adlandırılmışdır.

1891-ci il noyabrın 17-də alaya sadə bayraq verildi.

Alayın müxtəlif vaxtlarda sələfləri mövcud olmuşdur:

  • Şamaxı invalid komandası - 1858-ci ildə yaradılmışdır.
  • Ananur rayonu invalid komandası - 1816-cı ildə yaradılmışdır; 1821-ci ildə Duşeti adlandırıldı və 1864-cü ildə Duşeti yerli komandası adlandırıldı.
  • Məcəli yerli komandası - 1874-cü ildə yaradılmışdır; 1883-cü ildə Salyan yerli komandasına çevrildi.
  • Nuxa qəza komandası - 1868-ci ildə yaradılmışdır.
  • Sığnaq qəzası invalid komandası - 1816-cı ildə yaradılmışdır.

1908-ci il dekabrın 30-da Şamaxı alayı ləğv edilmiş 1-ci və 2-ci Koven qalası piyada alaylarının tərkibindən 7, 8, 9 və 10-cu alayları da əlavə etməklə, dörd tabor alayına çevrildi və 261-ci Şamaxı eytiyyat alayı adlandırıldı. 20 fevral 1910-cu ildə alayın sayı 205-ə dəyişdirildi və alayın özü ehtiyatdan nizami döyüş qüvvələrinin sırasına daxil edildi.

Şamaxı alayının ilk döyüş təcrübəsi 1911-1912-ci illərdə general-mayor Vasili Qabayevin Qəzvin dəstəsində olduğu İrana yürüşü idi. İranda Şamaxı alayı Ənzəli-Rəşt bölgəsində hərəkət edərək Kiranda qalasına hücum zamanı xüsusilə fərqlənmişdilər.

Birinci Dünya müharibəsi illərində 52-ci piyada diviziyasının tərkibində Şamaxı alayı Şərq cəbhəsində idi.

Alayın komandirləri

I Dünya müharibəsi zamanı 205-ci Şamaxı piyada alayının komandanı olmuş Əbdülhəmid bəy Qaytabaşı
  • 04.08.1894 - 06.05.1896 - polkovnik Mamvriski Arkadi Qriqoryeviç
  • 06.05.1896 - 24.10.1900-cü ilə qədər - polkovnik Protasov Mixail Dmitriyeviç
  • 12.05.1900 - 11.01.1906-dan sonra - polkovnik Qlinski Qriqori Evqrafoviç
  • 11.02.1906 - 21.02.1908 - polkovnik Bekov Konstantin Nikolayeviç
  • 03.15.1908 - 01.01.1914-cü ildən sonra - polkovnik Safonov Aleksandr Aleksandroviç
  • 20.03.1914 - 10.06.1914 - polkovnik knyaz Vaçnadze, Konstantin İvanoviç
  • 16.11.1914 - хх.хх.1915 - polkovnik knyaz Çulukidze, Varden Qriqoryeviç
  • xx.xx.1915 - 30.07.1916 - polkovnik Əbdülhəmid bəy Qaytabaşı
  • 01.08.1916-dan sonra - 18.04.1917 - Polkovnik von Vitt Maksimilian Adolfoviç

Alayda xidmət etmiş məşhur insanlar

İstinadlar

Ədəbiyyat