Ağabəy Məmmədquliyev

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi

Ağabəy Zaur oğlu Məmmədquliyev (15 iyun 2001, Korgöz27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Ağabəy Məmmədquliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriKorgöz, Qaradağ rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriTalış, Tərtər rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2019—2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

15 iyun 2001-ci ildə Qaradağ rayonunun Korgöz qəsəbəsində anadan olmuşdur.[1] Bakı şəhər 197 nömrəli tam orta məktəbdə təhsil almışdır.[2]

Hərbi xidməti

Ağabəy Məmmədquliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Xidmətinin müharibəyəqədərki son günləri Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.[3] Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağabəy Məmmədquliyev 27 sentyabr 2020-ci ildə[4] Tərtər rayonunun Talış kəndi istiqamətində[5] döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ağabəy Məmmədquliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[9]

Xatirəsi

  • 2020-ci ildə rejissor Nail Naiboğlu Ağabəy Məmmədquliyev haqqında film çəkmişdir.[10]

Təltifləri

İstinadlar