Ağamirzə Quliyev

İkinci Qarabağ müharibəsi iştirakçısı

Quliyev Ağamirzə İlham oğlu (2001 və ya 2 may 2001, Gəncə6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Ağamirzə Quliyev
Quliyev Ağamirzə İlham oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGəncə, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriXocavənd
Vəfat səbəbiŞəhid olmuşdur
Dəfn yeri
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıQuliyev İlham
AnasıQuliyeva Dürdanə
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2019-2020
RütbəsiƏsgər
DöyüşlərVətən Müharibəsi
 • Hadrutun azad edilməsi
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı

Ağamirzə Quliyev 2 may 2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur.[1] 2007-ci ildə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinə daxil olmuşdur, daha sonradan Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı məktəb-liseyinə qəbul edilmişdir. Yaşayış yerinin dəyişməsi səbəbi ilə 21 saylı məktəbdə təhsil almış, 2018-ci ildə Səməd Vurğun adına 41 saylı tam orta məktəbdən məzun olmuşdur.

Ailədə 3 uşaq olmuşlar: 1 bacı və 2 qardaş. Evin böyük oğlu idi.

Hərbi xidməti

2 may 2019-cu ildə 18 yaşını tamamlamış və iyulun 5-i hərbi xidmətə çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı 3 noyabr 2020-ci ildə Hadrutun azad edilməsində həlak olmuşdur.

19 noyabr 2020-ci il tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ölümündən sonra 19 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçusu Quliyev Ağamirzə İlham oğlu “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.[2]

25 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Quliyev Ağamirzə İlham oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.[3]

Təltifləri

İstinadlar