Ağamoğlan Kərimov

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi

Ağamoğlan Yusif oğlu Kərimov (18 aprel 2002, Xocalı, Salyan rayonu22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Ağamoğlan Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriXocalı, Salyan rayonu, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeriQubadlı rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Laçın döyüşləri
 • Qubadlının azad edilməsi
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020

Həyatı

Ağamoğlan Kərimov 18 aprel 2002-ci ildə Salyan rayonunun Xocalı kəndində anadan olmuşdur. Subay idi.

Hərbi xidməti

Ağamoğlan Kərimov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Ağamoğlan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, LaçınınQubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamoğlan Kərimov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin diversiya qrupu ilə döyüş zamanı döyüş tapşırığının yerinə yetirərkən həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ağamoğlan Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[5]

Təltifləri

İstinadlar