Abdul Qadir Keyta

Abdul Qadir Keyta (fr. Abdul Kader Keïta; 6 avqust 1981[1][2][…], Abican) — cinah hücumçusu mövqeyində çıxış etmiş Kot-d'İvuar futbolçusu. 2000-ci ildən 2012-ci ilə qədər Kot-d'İvuar millisində çıxış edirdi.

Abdul Qadir Keyta
Ümumi məlumatlar
Doğum tarixi6 avqust 1981(1981-08-06)[1][2][…] (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu184 sm
Çəkisi78 kq
Mövqeyicinah yarımmüdafiəçisi[d]
Karyerası
Klub karyerası[* 1]
1999—2000Kot-d'İvuar Afrika Sports d'Abidjan23 (4)
2000—2001Tunis Etual dü Sahel22 (7)
2001—2002Birləşmiş Ərəb Əmirlikləri Əl-Əyn19 (6)
2002—2005Qətər Əl-Sədd71 (23)
2005—2007Fransa Lill63 (14)
2007—2009Fransa Olimpik Lion52 (5)
2009—2010Türkiyə Qalatasaray27 (5)
2010—2012Qətər Əl-Sədd27 (4)
2014–2015Macarıstan Honved2 (0)}
2015İndoneziya Persib Bandunq0 (0)
Cəmi281 (77)
Milli yığma[* 2]
2000—2012Kot-d'İvuar Kot-d'İvuar72 (11)
Təltif və medalları
Afrika millətlər kubokları
GümüşMisir 2006
GümüşQabon/Ekvatorial Qvineya 2012

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

"Popito" ləqəbli Keyta karyerasına yerli "Afrika Sport" klubunda başladı, daha sonra "Etual dü Sahel" klubuna keçdi. BƏƏ-nin "Əl-Əyn" və Qətərin "Əl-Sədd" klublarında çıxış etdikdən sonra 2005-ci ildə Fransanın Liqa 1 çempionatında çıxış edən "Lill" klubu ilə müqavilə imzaladı.

"Leon"

31 may 2007-ci ildə "Olimpik Lion"un sədri Jan Mişel Ola klubun həm Keyta, həm də onun komanda yoldaşı Matyo Bodmer üçün təklif göndərdiyini açıqladı.[3]

16 iyun 2007-ci ildə "Lion" hər iki oyunçunun keçidi ilə bağlı açıqlama verdi, Keytanın transfer dəyəri 18 milyon avro təşkil etdi.[4] Klubda keçirdiyi 2 mövsüm ərzində bütün yarışlarda 52 oyuna 5 qol vura bilmişdir.[5]

"Qalatasaray"

2 iyul 2009-cu ildə "Qalatasaray" Keytanın türk klubuna qatıldığını və 8,5 milyon avroluq üç illik müqavilə imzaladığını rəsmən elan etdi.[6] O, "Qalatasaray" forması ilə ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində "Makkabi Netaniya" klubuna qarşı oyunda (5-ci dəqiqədə) vurdu. 12 dekabrda "Antalyaspor" ilə 3–2 qələbə hesablı oyunda qol müəllifi oldu.

18 fevral 2010-cu ildə Keyta Avropa Liqasınin 1/16 final mərhələsində "Atletiko Madrid" klubuna qarşı oyunda son dəqiqələrdə hesabı bərabərləşdirərək, "Qalatasaray"ı səfərdə məğlubiyyətdən qurtardı. Cavab qarşılaşmada da hesabı tarazlaşdırsa da, klub növbəti mərhələyə vəsiqə qazana bilmədi.

"Əl-Sədd"

2010-cu ilin iyul ayında Keyta keçmiş klubu "Əl-Sədd"ə geri döndü.[7]

19 oktyabr 2011-ci ildə Asiya Çempionlar Liqasının yarımfinalının "Suvon Samsunq Blyuinqz" qarşı keçirilən ilk oyununda əlbəyaxa insisdentin iştirakçısı oldu. "Suvon" oyunçusu Çoy Son Hvan "Əl-Sədd"in müdafiəçisi tərəfindən qeyri-ixtiyari başından zərbə aldı, Çoy Son Hvan baş zədəsi səbəbindən "Əl-Sədd"in cərimə meydançasında yıxılandan sonra Yom Ki-hun topu boş buraxdı. Çoy həkimlərin nəzarətində olarkən Keyta cərimə zərbəsini tez yerinə yetirərək, onu komanda yoldaşı Mamadu Nyanqa ötürdü, "Suvon" müdafiəçiləri isə bu anda baş verənlərdən bixəbər idilər, çünki onlar düşünürdülər ki, top FİFA-nın "ədalətli oyun" qaydalarına uyğun olaraq onlara geri qaytarılacaqdır. Nyanq mərkəzdən sprint edərək qapıçını keçdi və "Əl-Sədd"in ikinci qolunu vurdu. Qarma – qarışıqlıq "Suvon" azarkeşinin meydana daxil olmasından sonra daha da artdı və nəticədə iki komanda arasında dava baş tutdu. Daha sonra Keyta azarkeş tərəfə qaçıb başının arxasına vurduğu və onun boğazından tutduğu üçün qırmızı vərəqə aldı.[8] Komanda yoldaşı Li Çjon Su mətbuata verdiyi açıqlamada Keytanın Nianqa assist etdiyi üçün üzr istədiyini və hərəkətin səhv olduğunu etiraf etdiyini bildirdi.

Milli komanda karyerası

Keyta Kot-d'İvuar millisində 72 oyunda meydana çıxaraq uğurlu karyeraya sahib olmuşdur və komanda ilə 20062010 FİFA Dünya Kubokunda və 2002, 2008, 2010 və 2012-ci illərdə Afrika Millətlər Kubokunda iştirak etdi, sonuncuda komanda ilə finala qədər irəlliyə bilmişdir.

2010 FİFA Dünya Kubokunda insident

Cənubi Afrikada keçirilən 2010 FİFA Dünya Kuboku zamanı Keyta Braziliyaya qarşı qrup oyunu zamanı Kaka ilə insident yaşadı. Keyta Kaka ilə toqquşaraq yerə yıxıldı və sanki çox ağrıyırmış kimi üzünü tutdu. Kaka ikinci sarı kartını alaraq oyundan kənarlaşdırıldı. ABC hadisəni şərh edərək yazırdı ki, "Abdul Qadir Keytanın brazilyalı pleymeykerdən qarnına aldığı zərbəyə reaksiyası həm gülməli idi, həm də rüsvayçı idi. Açıq-aşkardır ki, ilk sarı kartdan sonra Kakanı daha da pis vəziyyətə salmaq ümidi ilə Keyta yerə yıxıldı və üzünü tutdu, sanki ona yaxından zərbə endirilmişdir. Aydındır ki, o, bunu qəsdən etdi ki, Kaka meydandan qovulsun".[9]

Hadisə, çoxsaylı jurnalistlər tərəfindən Dünya Kubokunda ən biyabırçı hadisələrdən biri kimi qələmə verildi və idman diktoru tərəfindən "rüsvayçı" adlandırıldı[10] və Keytanın bu hərəkəti Dünya Çempionatının 10 ən pis anı siyahısına əlavə olundu.[11] Keyta 2010 Dünya Kubokunda "Bədnam 11" (ing. Infamous 11) adlandırılaraq turnirin ən pis idmançılarından biri kmi tarixə düşdü.[12]

Mükafatları

"Afrika Sports"

  • Afrika Kubok Qalibləri Kuboku: 1999

"Əl-Əyn"

  • BƏƏ Pro Liqası: 2001–02
  • Körfəz Klubları Kuboku Çempionlar Liqası: 2001

"Əl-Sədd"

  • Qətər Ulduzlar Liqası: 2003–04
  • Qətər Əmiri Kuboku: 2002–03, 2004–05
  • Qatar Şahzadə Kuboku: 2003
  • AFK Çempionlar Liqası: 2011

"Lion"

  • Liqa 1: 2007–08
  • Fransa Kuboku: 2007–08
  • Fransa Superkuboku: 2007

İstinadlar