Abraham Merritt

Abraham Qreys Merritt (20 yanvar 1884[1][2][…]21 avqust 1943[2][3][…]) — ABŞ yazıçısı və amerikan bazar günü jurnalı redaktoru. Daha çox fantastik romanlara üstünlük vermişdir.[4]

Abraham Merritt
Abraham Grace Merritt
Doğum tarixi
Doğum yeriBeverli, Nyu-Cersi, ABŞ
Vəfat tarixi (59 yaşında)
Vəfat yeriİndian Roks Biç, Florida, ABŞ
Vəfat səbəbiürək-damar xəstəliyi[d]
VətəndaşlığıABŞ ABŞ
MilliyyətiABŞ-lı
Fəaliyyətiroman yazıçısı, jurnalist, yazıçı, ədəbiyyat tənqidçisi, fantastika yazıçısı[d]
Fəaliyyət illəri1917-ci ildən
Əsərlərinin diliingilis
İstiqamətfantastika
Janrroman
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1884-cü ildə Nyu-Cersi ştatının Beverli şəhərində anadan olub, daha sonra ailəsi ilə 1894-cü ildə Pensilvaniyanın Filadelfiya şəhərinə köçmüşdür.[5] Əslində əvvəl hüquq təhsili almışdır, amma sonra jurnalistikaya yönəlmişdir. Əvvəl müxbir, daha sonra redaktor olmuşdur. Merritt 1912–1937-ci illərdə Morill Qoddardın redaktor köməkçisi olmuş, sonra 1937-ci ildən ölümünə qədər redaktor olmuşdur. O, redaktor kimi Vircil Finlay və Hanz Buk kimi işçiləri cəlb etmişdir.

Merritt yaradacılığı boyunca 8 roman yazmışdır.[6]

Şəxsi həyatı

Merritt iki dəfə evlənmişdir: 1910-cu ildə Elanora Ratkliff ilə və 1930-cu ildə Elanor Conson ilə. 1943-cü ildə ürək tutmasından ölmüşdür.

İstinadlar