Abxaz ədəbiyyatı

Abxaz ədəbiyyatıabxaz dilində ədəbiyyat.

Tarixi

Abxazların zəngin şifahi ədəbiyyatı var. Yazılı abxaz ədəbiyyatı isə gəncdir. İlk abxaz əlifba kitabı 1865-ci ildə nəşr olunmuşdur. 1892-ci ildə K. Maçavariani və Dmitri Qulianın "Abxaz əlifbası" çap edilmişdir. Bədii ədəbiyyat, əsasən, SSRİ hakimiyyəti illərində inkişafa başlamışdı. Abxaz sovet ədəbiyyatının banisi xalq şairi Dmitri Quliadır. Milli dramaturgiyanın yaranması Samson Çanbanın (1886–1937) adı ilə bağlıdır. Şairlərdən İ. Koqonia (!903-1928), K. Kvisinia, K. Aqumaa (1915–1950), L. Labaxua (1911–1938), Ş. Svijba, B. Şinkuba, nasirlərdən İ. Papaskiri, M. Lakerbay (1901–1965), V. Arqba (1921–1937), M. Xaşba, G. Qulia və başqalarının şeir, poema, povest və romanları abxaz ədəbiyyatında sosialist realizminin inkişafında rol oynamışdır. "Abxaz nağılları" (1960), D. Qulia və başqa abxaz yazıçılarının bir sıra əsəri Azərbaycan dilində nəşr edilmişdir.[1]

İstinadlar

Əlavə ədəbiyyat