Adaviyə Əfəndiyeva

Adaviyə Əfəndiyeva (krımtat. Adaviye Efendiyeva, Адавие Эфендиева; 1879, Evpatoriya, Tavriya quberniyası[d]1944, Səmərqənd) — Krım tatarı olan örnek toxuculuq ustası və sənətçisi.[1][2]

Adaviyə Əfəndiyeva
Doğum tarixi1879
Doğum yeri
Vəfat tarixi1944
Vəfat yeri
MilliyyətiKrım tatarı
Diniİslam
İxtisasıToxuma ustası
Fəaliyyətirəssam, tikməçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Adaviyə Əfəndiyeva 1879-cu ildə Evpatoriyada anadan olmuşdur. Erkən yaşlardan etibarən nənəsindən naxış və toxuculuq sənəti öyrənmişdir. Maşın naxışı üçün ilk dəfə 12 yaşında fəaliyyətə başlamışdır. 4 il sonra atası özünə toxuma dəzgahı aldı və qızının təhsili üçün ona toxuma ustası tutdu. Ardından ustalaşan Adaviye Əfəndiyeva toxuma müəllimi oldu. 1937-ci ilə qədər toxuculuqla 500-dən çox bəzək əşyası yaratdı. 1944-cü ildə Krım tatar sürgünü zamanı Səmərqənddə həyatını itirdi. Sürgündə həyatını itirən Adaviyə Əfəndiyeva krım tatarları tərəfində təəccüblə qarşılanmışdı. Onun ölümü bir çox sənət davamçılarını da dərindən sarsıtmışdı. Krımdan sürgün olunması öz yaradıcılığına ziyan verdiyi kimi, onun xələfilərinə də böyük ziyan vermişdi. Krımda öz bildiklərini də krım tatarı gənclərinə öyrətməkdə idi. Krım tatarları hələ onun yaradıcılığına sahib çıxa bilmirlər.

Yaradıcılığı

Adaviyə Əfəndiyeva 1935-ci ildən bəri sənət sərgilərinə qatılmışdır. Əsərləri Moskva daxil omaqla, bir çox şəhərdə nümayiş edilmişdir. Bununla yanaşı, AvropaABŞ-dakı sərgilərdə də iştirak etmişdir. Adaviya Əfəndiyeva 200-dən çox bəzək kompozisiyasının müəllifidir. Əsərləri arasında stol örtükləri, toy dəsmalları, bəzəkli kəmərlər vardır. Əfəndiyevanın əsərləri Simferopoldakı Tauris Mərkəzi Muzeyində saxlanılmaqdadır.[3][4] Adaviyyə Əfəndiyevanın yaratdığı əsərləri hər nə qədər şərq üslübunda olsa da, bu sonralar bir sintez olaraq istifadə edildi. Adaviyyə Əfəndiyeva öz əsərlərində bir şərq və qərb sintezi yaratdı. Bunu bəzək kompozisiyalarında da görmək mümkündür. Ona görə də hazırda Adaviyyə Əfəndiyevanın əsərləri həm Avropada, Amerika Birləşmiş Ştatlarıda həm şərq ölkələrində yaxından izlənilməkdədir. Bu izlənmə Rusiyaya da şamil olunmaqdadır. Rusiyada da onun kompozisiyaları hələdə bəyənilməkdədir.

Qalereya

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Ədəbiyyat

  • Исмет Заатов. Крымскотатарское декоративно-прикладное и изобразительное искусство. — Симферополь : ТАРПАН, 2003. — 336 с.
  • П. Я. Чепурина. Орнаментальное шитьё Крыма. — Москва; Ленинград : Всесоюзное кооперативное объединенное издательство, 1938. — 63 с.
  • Творчество крымских вышивальщиц // Крымская правда. — 1936. — 15 нояб.; 1937. — 29 сент.
  • Иоффе М. Вышивальщицы // Красный Крым. — 1940. — 8 марта
  • П. Чепурина. Творцы орнамента // Красный Крым. — 1940. — 14 марта.
  • Крымскотатарские художники : биобиблиограф. словарь / сост. Э. Я. Черкезова. — Симферополь : Доля, 1999.