Adobe Dreamweaver

Dreamweaver ([drimvi'ver]) — Adobe şirkəti tərəfindən istehsal edilən HTML-WYSIWYG redaktoru.Proqram, 8-ci versiyasına qədər (2005-ci il) Macromedia şirkəti tərəfindən istehsal olunurdu. Növbəti versiyalar, Dreamweaver CS3-dən (2007-ci ildən) başlayaraq, Adobe şirkəti tərəfindən istehsal olunur. Zəngin alətlər dəsti, hər cür əlavələrin quraşdırılması, rahat interfeys və başqa xüsusiyyətlərinə görə Dreamweaver dünyanın ən məşhur HTML-redaktorlarından biridir.

Adobe Dreamweaver
MüəllifAdobe (2007-ci ildən)
Macromedia (2005-ci ilə qədər)
TərtibatçıAdobe
Proqramlaşdırma diliC++
Əməliyyat sistemiMicrosoft Windows, Mac OS
İnterfeysin diliçoxdilli
Yayımlanma tarixi1 dekabr 1997[1][2]
PlatformaMicrosoft Windows
Sonuncu versiya
LisenziyaQapalı mənbə
Saytadobe.com/products/dream…
adobe.com/jp/products/dr…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Versiyalar

Proqramın məşhurluğu 2002-ci ildə Macromedia şirkəti tərəfindən buraxılmış MX versiyasından başlayaraq artdı. Əvvəlki 1 — 4 versiyaları 5 şirkət tərəfindən istehsal olunun. Proqramın 7-ci versiyası Dreamweaver MX 2004 adlandırıldı. 2005-ci ildə Macromedia Dreamweaver 8 istehsal olundu. 20 aprel 2007-ci ildə artıq Adobe şirkəti Dreamweaver CS3 adlı daha yeni versiyanı istehsal etdi.

Dreamweaver CC versiyası cari ilin sonuncu versiyasıdır.

Sintaksis

5 versiyasından başlayaraq, Dreamweaver növbəti dillər üçün sintaksisi dəstəkləyir:

İstifadəçilər üçün həmçinin sintaksisin birinci planına onların şəxsi dil funksiyalarını əlavə etmək mümkündür. Bundan başqa, kod tamamlanması (kodun avto tamamlanması) bu dillərdən çoxunda mümkündür.

Tarix

İstehsalçıƏsas versiyaƏhəmiyyətsiz yeniləmə/alternativlərBuraxılış tarixiQeydlər
Macromedia1.01.01997-ci il dekabrBirinci buraxılış. Ancaq Mac OS ƏS-i üçün.
1.21998-ci il martİlk Windows versiyası.
2.02.01998-ci il
3.03.01999-ci il dekabr
UltraDev 1.01999-ci iyun
4.04.02000-ci il dekabr
UltraDev 4.02000-ci il dekabr
6.0MX29 may 2002-ci il
7.0MX 200410 sentyabr 2003-cü il
8.08.013 sentyabr 2005-ci ilSonuncu Macromedia versiyası.
Adobe9.0CS316 aprel 2007-ci ilAdobe GoLive, Creative Suite ilə dəyişdirilib.
10.0CS423 sentyabr 2008-ci il
11.0CS512 aprel 2010-cu il
11.5CS5.512 aprel 2011-ci ilHTML5 xidmətinin əlavə olunması.
12.0CS621 aprel 2012-ci il
13.0CC2013
RəngLegendası
QırmızıKöhnə versiyalar, indi xidmət göstərmir.
SarıKöhnə versiyalar, amma hamısı indi fəaliyyətdədir.
YaşılCari versiya

Aktual informasiya

Əsas texniki direktor olan Adobe Kevin Linç 19 may 2013 tarixində keçirilən Google I/O konfransında Dreamweaver CS5 redaktorunda HTML5 standartının əlavəsini nümayiş etdirdi, TechCrunch istinadən əsas texniki direktor çıxışında: "HTML5 — "internet-video"-nun inkişafı üçün böyük irəliləyişdir" — demişdir. Kevin Linç onu da qeyd etdi ki, Adobe Dreamweaver CS5 üçün HTML5 və CSS3 əlavəsi xüsusi yenilənmə paketi ilə hazırlanmışdır.

Adobe nümayəndəsi bildirdiyi kimi, Dreamweaver-də paketin quraşdırılmasından sonra HTML5 teqləri üzrə kömək konteksləri olacaq.

Bundan başqa, Adobe şirkətinin istehsalçıları video və audio əlavəsini yaxşılaşdırmış, WebKit mühərrikini yeniləmişdir[5].

Qiymət

2012-ci il fevral ayına görə, proqramın tam versiyasının dəyərini (Tam ödəniş — $399.00) ödəmək, yeniləmək ($119.00), abunə (aylıq — $29.00, illik — hər ay $19.00) ödənişləri mövcuddur.

İstinadlar

Xarici keçidlər