Aken

Misir Tanrıları
Aken
Tam adıAken
AdıAken
İdeoqram
iV9q
n
A40
[1]


Aken (q.misir Jqn "qoruyucu") — Qədim Misir tanrısı. Ölülərin ruhlarını Meseket qayığı ilə çaydan keçərək yeraltı dünyasına daşıyan qədim Misir tanrısı.

Qədim Misir mifologiyasına görə, axirət dünyası, Duatın ümumi sahəsindən (sadə insanlar üçün) və daha əlverişli "İalu"dan (müqəddəslər və seçilmişlər üçün olan hissə) ibarət idi. "Aken"in meydana çıxmasından sonra Anubis sadəcə olaraq balzamlama tanrısı oldu və Osiris yeraltı dünyasının kralı olsa da, yalnız İalu bölgəsi onun nəzarətində idi. Beləliklə, Aken bütün Duatı idarə edir.

Təsviri

Aken adətən qayığın arxa tərəfində dayanan və sükanı idarə edən qoç başlı bir adam kimi təsvir edilirdi. Onun adı ilk dəfə məşhur Ölülər Kitabında çəkilir . Orada o, günəş tanrısı Raya "Şen halqasını" gətirərək, Ranın göy qabığının qoruyucusu" kimi istiqamətləndirdi. O, həmçinin padşah Seti I məzarında təsvir olunduğu kimi tanrıların və cinlərin "zamanın ipini" çəkdiyi "zamanın ağzı" kimi təsvir edilmişdir.[1][2]

Onun ibadətinin əsas mərkəzi İsna (Letopolis) şəhəri idi. Ehtimal edilir ki, bəlkə də, bu tanrının kultu Aralıq dənizi sahilində olan xalqların arasında yayılır və onların miflərində yer taparaq möhkəmlənir. Qədim yunan mifologiyasında Aken daşıyıcı Xarona uyğun gəlir.

Ölulərin "İalu" sahillərinə gətirilmək üçün dua etməsinə baxmayaraq, onlarıl "İalu"ya düşməsi, sağlığında onun əməlləri, duaları və tanrılara təqdim etdiyi qurbanlarla əvvəlcədən müəyyən edilmişdir. Buna görə də Akenin müstəqil kultu yox idi, bu tanrı üçün heç bir kult mərkəzləri yox idi, baxmayaraq ki, onun adı Ölülər kitabında dəfələrlə çəkilir[3]

İstinadlar