Aksaylı Uçar Hacı Yaqub

Aksaylı Uçar Hacı Yaqub və ya Uçar HacıQafqaz müharibəsini araşdıran tarixçilərə və tədqiqatçılara görə, qumuq el ağsaqqalı. Onun bir dəfəyə iki rus generalını öldürdüyü və bununla məşhurlaşdığı məlumdur.[1][2]

Aksaylı Uçar Hacı Yaqub
Uçar Hacı Grekov və Lisaneviçi öldürür.
Uçar Hacı Grekov və Lisaneviçi öldürür.
Doğum tarixiXVIII əsr
Doğum yeriKöhnə Aksay, Xasavyurd
Vəfat tarixi
Vəfat yeriGerzel-aul
Vəfat səbəbiRuslar tərəfindən cəzalandırma
MilliyyətiQumuq
Diniİslam

Həyatı

Aksaylı Uçar Hacı Yaqub barədə o qədər də məlumat yoxdur. Onun XVIII əsrdə anadan olduğu bilinir. O, indiki Xasavyurd rayonunun Köhnə Aksay məntəqəsində anadan olmuşdur.

1825-ci ildə Gerzel aulundakı hadisə

1825-ci ilin yayında Şimali Qafqazda yerlilərlə Rusiya imperiyası arasındakı Qafqaz müharibəsi hələ davam etməkdə və şiddətlənməkdə idi. Bu müharibədə ulduzları parlayan və gələcək vəd edən iki rus generalı Qrekov və Lisaneviç 300 qumuq ağsaqqalı qumuqların Aksay kəndindəki Gerzel-aulunda yerləşən qalaya topladı. Məqsəd rəsmi olaraq Rusiya imperiyasına tabe olan qumuqları çeçen üsyançılara dəstək vermələrinə görə cəzalandırmaq idi. Həmçinin, rus generalı Yermolovun bir digər məqsədi qumuqların ümumiyyətlə çeçenlərlə münasibətlərini kəsməyə nail olmaq idi. Ağsaqqallar toplaşdıqdan sonra rus generalları onları alçaltmağa və söyməyə başladı. Buna cavab olaraq Uçar Hacı öz xəncərini çıxararaq onlardan ikisini bıçaqlayaraq öldürdü. Bundan sonra kütləvi qırğın başladı və qalaya gətirilmiş bütün qumuqlar qətlə yetirildi.[3] Bununla da yetinməyən rus hərbi dairələri Aksay kəndini tamamilə dağıtdılar və qumuqlara o kəndi bir daha məskunlaşdırmağı qadağan etdilər.

Mənşəyi

Bəzi müasir dövr alimləri, xüsusilə çeçen tarixçilər Uçar sözünü çeçen olaraq qəbul edirlər və Aksaylı Yaqubun çeçen olduğunu iddia edirlər.[4][5][6] XIX əsrdə Aksaya çox sayda çeçen ailələrinin köçdüyünü və Yermolovun Aksayın yarısının çeçen olmasını yazdığını nəzərə alsaq, bu ehtimalin düzgün olması mümkündür.[7] Hər bir halda, bu iddia dəqiq olmayan versiyalara söykənir. Belə ki, o dövrün mənbələrində Uçar Yaqubun qədim Aksay sala-uzden ailəsinə mənsub olması bildirilmişdir.[8] Sala-uzden zadəgan sinfi quruluşu isə yalnız qumuqlarda olmuşdur və çeçenlərdə belə sosial struktur olmamışdır. Bu da ilk versiyanın dəqiq olma ehtimalını aşağı salır.[9]

Həmçinin bax

İstinadlar