Alı Həsənli

Vətən müharibəsi şəhidi

Alı Nofəl oğlu Həsənli (22 iyun 1995, Bakı21 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İkinci Qarabağ müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olmuşdur.[1]

Alı Həsənli
Alı Nofəl oğlu Həsənli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeriCəbrayıl rayonu, Azərbaycan
Vəfat səbəbiŞəhid olmuşdur
Dəfn yeriBakı, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Alı Nofəl oğlu Həsənli 22 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub.[2] 1 sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1-ci sinifinə qəbul olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib.[3]

Hərbi xidməti

Həsənli Alı 2016-cı ilin 20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2018-ci ilin dekabr ayından etibarən SOCAR Təhlükəsizlik idarəsində təhlükəsizlik əməkdaşı kimi çalışıb.[1]

İkinci Qarabağ müharibəsində iştirakı

2020-ci ilin 21 Sentyabr tarixində SHXÇDX-nin Bakı şəhəri Nizami rayonu şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələri sıralarına yenidən çağırılmışdır. 2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdəCəbrayıl istiqamətində gedən döyüşlərdə rayonlarının azadlığı uğrunda mübarizədə xüsusi rəşadət göstərmişdir. 20 Oktyabr 2020-ci il tarixində Vətən Müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.[1]

Həsənli Alı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı"Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Təltif və mükafatları

İstinadlar