Aleks Manukyan

Aleks (Alek) Manukyan (ing. Alex Manoogian, erm. Ալեք Մանուկյան; 28 iyun 1901, Smirna, Aydın vilayəti[1]10 iyul 1996, Detroyt, Miçiqan) — ABŞ sahibkarı, texnoloqu və xeyriyyəçisi. O, Erməni Ümumi Xeyriyyə İttifaqının prezidenti olmuşdur. Manukyan erməni xalqı üçün fəal xeyriyyəçilik fəaliyyəti ilə tanınır. 1994-cü ildəErmənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Aleks Manukyan
Doğum tarixi28 iyun 1901(1901-06-28)
Doğum yeri
Vəfat tarixi10 iyul 1996(1996-07-10) (95 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vudloun qəbiristanlığı[d][2]
Fəaliyyətiictimai xadim, təşəbbüskar, ixtiraçı, mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aleks (Alek) Manukyan 28 iyun 1901-ci ildə Osmanlı imperiyasının İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini yerli erməni məktəblərində almışdır. Manukyan 19 yaşında ABŞ-yə mühacirət etmişdir. O, ilk növbədə Bricport şəhərinə gəlmiş, burada fabrikdə çalışmış və eyni zamanda böyüklər üçün axşam kurslarında erməni dili dərsləri keçmişdir. Manukyan daha sonra şəhərdən şəhərə köçərək 1924-cü ildə Detroitdə məskunlaşmışdır. Orada avtomobil hissələri fabrikində iş tapmış və 1929-cu ildə öz şirkətini qurmuşdur. Bu, sonradan illik mənfəəti 3 milyard dollardan çox olan çoxmillətli "Masco Corporation"a çevrilmişdir.

Manukyan ABŞ-də erməni təhsilinin yaradılmasına xüsusi diqqət yetirmi.dir. 1963-cü ildə Miçiqanda özəl məktəb açmışdır.[3] O, 1968-ci ildə erməni diasporundaErmənistan SSR-də proqramları dəstəkləmək üçün Aleks Manukyan Mədəniyyət Fondunu təsis etmişdir.[4]

Mükafatlar

  • Ermənistanın Milli Qəhrəmanı (14 oktyabr 1994-cü il) — "dövlət əhəmiyyətli müstəsna xidmətlərinə, xalqın rifahı naminə uzun illər səmərəli fəaliyyətinə görə".
  • Ellis Adası Şərəf Medalı.

İrsi

  • 2006-cı ildə Aleks Manukyana həsr olunmuş Ermənistanın poçt markası buraxılmışdır.
  • İrəvanda bir küçə onun adını daşıyır.

İstinadlar

Xarici keçidlər