Aleksandr Petrov (basketbolçu)

Aleksandr Petrov (rus. Александр Петров; 14 may 1939, Bakı, Azərbaycan SSR, SSRİ5 may, 2001, Moskva, Rusiya) — sovet basketbolçusu, Olimpiya oyunlarının ikiqat mükafatçısı, SSRİ əməkdar idman ustası (1964).

Aleksandr Petrov
rus. Александр Петров
Mövqeyimərkəz
Boyu2.08 sm
Çəkisi103 kq
VətəndaşlığıSSRİ SSRİ
Rusiya Rusiya
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (61 yaşında) (61 yaşında)
Vəfat yeriMoskva, Rusiya
Təhsili
  • Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universiteti[d]
Komandalar
  • SSRİ SSRİ SKİF (Bakı) (1954—1956)
  • SSRİ SSRİ Dinamo (Moskva) (1957—1966)
Medalları
Kişilər Basketbol
 SSRİ üçün
Olimpiya Oyunları
Gümüş1960 Romakomanda
Gümüş1964 Tokiokomanda
Dünya çempionatı
Bürünc1963 Braziliyakomanda
Avropa çempionatı
Qızıl1959 Türkiyəkomanda
Qızıl1961 Yuqoslaviyakomanda
Qızıl1963 Polşakomanda
Qızıl1965 SSRİkomanda

İdman karyerası

Aleksandr Petrov 14 may 1939-cu ildə Bakıda anadan olub. O, mərkəz mövqeyində çıxış edən ilk ucaboy sovet basketbolçularından biridir.[1]

Aleksandr Petrov SSRİ yığmasının heyətində 1960-cı il Roma1964-cü il Tokio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Təhsili

Rusiya dövlət bədən tərbiyəsi, idman, gənclər və turizm universitetini bitirib.

İstinadlar

Xarici keçidlər